Strateji Araşdırmalar Mərkəzinin
nümayəndə heyəti İstanbulda
rəsmi səfərdədir
İyunun 25-26-da Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan "Yeni vizyon axtarışı: ölkə perspektivləri" forumunda iştirak etmək üçün İstanbulda rəsmi səfərdədir.
SAM-dan AzərTAc-a bildirmişlər ki, forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzvü olan ölkələrin ekspertləri iştirak edirlər.
Forumun keçirilməsinin məqsədi QDİƏT-in fəaliyyətini qiymətləndirmək və təşkilatın gələcək planları haqqında fikir mübadiləsi aparmaqdır.
Tədbirin ilk günü dövlət və hökumət başçılarının sammiti, ikinci günü isə Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Rumıniya, Moldova, Bolqarıstan, Serbiya və Albaniya ekspertlərinin iştirakı ilə forum keçiriləcəkdir.
Bundan əlavə,
QDİƏT-in yaradılmasının 20-ci ildönümü
də qeyd ediləcəkdir.
Azərbaycan.- 2012.- 26 iyun.- S. 6.