Nikita Mixalkov Şəfiqə
Məmmədovanı Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının sədri
seçilməsi münasibətilə təbrik etmişdir
Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov xalq artisti Şəfiqə Məmmədovanı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilməsi münasibətilə təbrik etmişdir.
Təbrik məktubunda deyilir: "Son 20 ildə Azərbaycan və Rusiya kinematoqrafçıları ittifaqlarının əməkdaşlığında fasilə yaranmışdır. Bu, bizim təqsirimiz deyildir. Ölkələrimizin kinematoqrafçılarının şəxsi əlaqələri kəsilməmişdir".
Nikita Mixalkov
iki ölkənin kinematoqrafçılar
ittifaqları arasında xoş münasibətlərin
bərpa olunacağına ümidvar olduğunu bildirmiş və
Şəfiqə Məmmədovanı Moskvaya
dostluq səfərinə dəvət etmişdir.
Azərbaycan.- 2012.- 26 iyun.- S. 7.