Azərbaycan-Albaniya
ikitərəfli əlaqələrinin hazırkı vəziyyəti
və perspektivləri müzakirə olunmuşdur
Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 26-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Albaniyanın Baş naziri Sali Berişanın görüşü olmuşdur.
Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olundu, enerji, sərmayə qoyuluşu və turizm sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu qeyd edildi. Albaniyanın Azərbaycan ilə neft-qaz infrastrukturunun yaradılması sahəsində əməkdaşlıqda maraqlı olduğu bildirildi.
Baş nazir Sali Berişa Albaniyanın Bakıda səfirliyinin açılması istiqamətində işlərin getdiyini dedi və Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.
AzərTAc
Azərbaycan.- 2012.- 28 iyun.- S. 1.