Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neftqaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə aşağıdakı tərkibdə komissiya yaradılsın:

 

 

Komissiyanın sədri

 

Ramiz Mehdiyev    - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

 

 

Komissiyanın üzvləri:

 

Abid Şərifov      - Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Ramil Usubov      - Azərbaycan Respublikasının daxili işlər naziri

 

Ziya Məmmədov     - Azərbaycan Respublikasının nəqliyyat naziri

 

Fikrət Məmmədov   - Azərbaycan Respublikasının ədliyyə naziri

 

Əli Əsədov        - Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi

 

Fuad Ələsgərov    - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri

 

Əli Həsənov       - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri

 

Şahin Əliyev      - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

 

Kərəm Həsənov     - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

 

Qərib Məmmədov    - Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin sədri

 

Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

 

Rövnəq Abdullayev - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti

 

Etibar Pirverdiyev  - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

 

Qorxmaz Hüseynov  - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

 

 2. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə Azərbaycan Respublikasının Baş Prokuroruna tövsiyə olunsun ki, komissiyanın fəaliyyətində iştirak etsinlər.

 

3. Komissiya bu sərəncamın 1-ci hissəsində göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri digər tikililərlə bağlı məsələləri araşdırsın iqtisadi, sosial hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 28 iyun.- S. 3.