Elnur Aslanov: Azərbaycan və Türkiyə arasında imzalanmış TANAP layihəsi üzrə saziş çox mühüm sənəddir

 

Azərbaycan və Türkiyə arasında imzalanmış Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi üzrə saziş həqiqətən də çox mühüm sənəddir. Bu, bir daha sübut etdi ki, bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə gerçəkləşə bilməz. Bu layihə həm də Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

AzərTAc xəbər verir ki, bu sözləri iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə müsahibəsində demişdir.

E.Aslanov bildirmişdir ki, bu layihə enerji sahəsində Azərbaycanın istər bölgə, istərsə də Avropa üçün önəmini gündəmə gətirir. Son illər ərzində ölkəmizdə aparılan enerji siyasəti bir daha göstərir ki, Azərbaycan tam şəffaf siyasəti ilə Avropanın enerji təhlükəsizliyinin təminatında vacib və fəal faktor kimi iştirak edir.

 

 

Azərbaycan.- 2012.- 28 iyun.- S. 4.