Mingəçevirdə
Silahlı Qüvvələr Günü münasibətilə
tədbir keçirilmişdir
26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevir şəhərində tədbir keçirilmişdir. Şəhərdə yerləşən "N" saylı hərbi hissədə bayram ovqatı yaşanmışdır. Hərbi hissənin komandiri mayor İkram Səfərov qonaqları, əsgər və zabitləri salamlamışdır.
Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ordumuzun şanlı tarixindən, bu ordunun yaradılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışmışdır. Natiq qeyd etmişdir ki, Azərbaycan Ordusu bu gün bütün regionda maddi-texniki bazasına, ən müasir silahlara malik olmasına görə ən güclü ordudur. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun qüdrətini hər vasitə ilə artırmağa böyük önəm verir. Dövlət başçısının tez-tez cəbhə bölgəsinə səfər etməsi, hərbi hissələrdə əsgər və zabitlərlə səngərdə səmimi görüşlər keçirməsi orduda yüksək əhval-ruhiyyə yaradır, qələbəyə yenilməz inamı möhkəmləndirir.
Niyazi Bayramov hərbi hissənin şəxsi heyətini ordumuzun yaranmasının 94-cü ildönümü münasibətilə təbrik etdi, xidmətdə fərqlənən bir qrup əsgərə qiymətli hədiyyələr verdi.
Sonra şəhər incəsənət ustalarının iştirakı ilə əsgər və zabitlər qarşısında maraqlı bayram konserti verildi.
Lazım
QULİYEV
Azərbaycan.- 2012.- 28 iyun.- S. 5.