Millət olmanın təməl daşı - ana dili

 

Xalq Cümhuriyyətinin qərarı ilə 1918-ci il iyunun 27-də tarixdə ilk dəfə Azərbaycan dili (lisani-türk) dövlət dili elan edilib

 

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddət ərzində xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verib. Bu töhfələrdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi qorunması olmuşdur. AXC Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli qərarında göstərilir: "Dövləti lisani türk qəbul edilərək içəridə bütün məhkəmə, idareyi-daxiliyyə sair dəvair vəzifə başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin".

Nazirlər Şurasının avqustun 28-də verdiyi qərara əsasən birinci ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsinə başlanılır. Qərarın birinci bəndində deyilir ki, məktəblərdə təhsil şagirdlərin ana dilində, dövlət dili olan türk dilində artırılmış həcmdə aparılsın. Üçüncü bənddə göstərilir ki, siniflərin bütünlüklə erməni dilində dərs keçilən paralel şöbələri, həmçinin həmin tədris müəssisələrinin kiçik böyük yaşlı uşaqlar üçün olan hazırlıq siniflərinin bütünlüklə rus dilində dərs keçilən paralel şöbələri ləğv edilsin, bütün siniflər milliləşdirilsin tədris türk dilində aparılsın. Böyük maarifpərvər ziyalı Ömər Faiq Nemanzadənin 1919-cu ildə "Azərbaycan" qəzetində dərc olunan "Milliləşmək" adlı məqaləsində müəllif azərbaycançılığın əsas atributları olan milli dil ədəbiyyata böyük önəm verirdi: "Şanlı illər, tarixi dəyişmələr bizə göstərir ki, hər cəmiyyət, hər fərd hər dürlü ənənəsindən, müqəddəsatından, imkan etiqadından az-çox əl çəkdiyi halda milli dilindən əsla əsla vaz keçməmişdir heç vaxt da vaz keçəməz. Çünki bir millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuşdur, ondan uzaqlaşdığı gün qəbrinə yaklaşmışdır".          

Əsrlər boyu böyük təzyiqlərə məhrumiyyətlərə məruz qalmış Azərbaycan dili bütün zamanlarda milli mənsubluğunu qoruyub saxlamış, xalqımızın millət kimi formalaşmasında inkişafında müstəsna rol oynamışdır. Doğru deyiblər, dünyanın ən güclü ordusu ən xırda xalqı belə, Yer üzündən silmək iqtidarında deyil, lakin dünyanın ən güclü, qüdrətli xalqının dili yoxdursa, o xalq tezliklə əriyib qarışır dilində danışdığı millətə özünün varlığını itirir.  Məlum aprel işğalından sonra xalqımızın bir çox milli-mənəvi irsi kimi dili təzyiqlərə məruz qaldı. Neçə onilliklər dövlət dili kimi rus dilindən istifadə olunması, bütün rəsmi sənədlərin rus dilində yazılması, dövlət idarələrində rəhbər vəzifələrdə çalışan adamların çoxunun rus təhsilli olması dilimizin inkişafına işləkliyinə imkan vermədi. Azərbaycan dilinin dövlət dili olması haqqında Konstitusiyaya maddə daxil edilsə , xarici siyasətlə yanaşı, daxili idarəetmə sistemində əsasən rus dilindən istifadə edilirdi. İmperiya daxilində ikən xarici dövlətlərlə müstəqil münasibətlər yaradılmadığından dövlətlərarası ünsiyyət üçün spesifik peşəkar dil-milli diplomatik dilimiz yox idi. Ana dilimizdən yalnız məişətdə ünsiyyət vasitəsi kimi istifadə olunurdu.

XX əsrin son onilliyində imperiya buxovlarından azad olansiyasi müstəqillik qazanan Azərbaycan iqtisadi, mədəni, mənəvi sahələrdə də müstəqilləşmək, habelə müstəqil dil siyasəti yeritmək, ana dilini inkişaf etdirmək şansı qazandı. Buna baxmayaraq qarşı-qarşıya dayanmış milliləşmə və qloballaşma dalğalarının burulğanında dilimiz yenə də sınaq qarşısında qaldı. Belə bir məqamda biz qloballaşmanın burulğanından bir çox mənəvi irsimiz kimi ana dilimizi də qorumalı, beynəlxalq münasibətlər şəbəkəsində Azərbaycanın mövqeyinin möhkəmlənməsinə çalışarkən və bunun üçün xarici dilləri daha çox öyrənərkən ana dilimizi də unutmamalı, paralel surətdə inkişafına çalışmalıyıq. Millət olmanın təməl daşı ana dilidir. Buna görə də hər bir dil öz sahibləri tərəfindən inkişaf etdirilir. Ana dilimizi inkişaf etdirməyin və qorumağın məsuliyyəti öz üzərimizə düşür. Azərbaycan dili bu gün dünya mədəniyyətinin tərkib hissəsidir, min illər boyu qazandığımız ən böyük milli sərvətimizdir. Lakin təəssüf ki, hələ də dilimizə laqeydlik, etinasızlıq göstərib başqa dildə danışan vətəndaşlarımız da var.   

Dili qorumaq üçün təkcə xalqın, millətin mədəni inkişaf səviyyəsi yetmir, həm də dövlətçilik ənənəsi gərəkdir. Çünki qədim mədəniyyətə malik elə xalqlar var ki, ərazisində dövlət dili bir, elm və sənət dili isə tamam başqa cürdir. Bir çox ölkələr isə öz dilini adi danışıq vasitəsi kimi saxlasa da, dövlət dili kimi ingilisya fransız dilindən istifadə edir. Müstəqil Azərbaycan dövləti isə suverenliyinə qovuşan kimi ana dilini dövlət dili elan etdi. Azərbaycanda dövlətçilik təfəkkürünün, milliictimai-siyasi özünüdərkin inkişafında misilsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyev həm də siyasət dilinin, milli dövlət dilinin müstəqil formalaşmasının əsasını qoydu. Ana dilində danışa bilməyən dövlət məmurlarına ciddi xəbərdarlıq etdi. Yetişən gəncliyə başa saldı ki, dil canlı varlıqdır, onu qorumaq, inkişaf etdirmək, qayğısına qalmaq lazımdır. Dil ana deməkdir, əgər dilimizi yaşatmarıqsa, deməli, anamızı da yaşatmırıq.

Dilimizə olan həssas münasibəti ölkə Prezident İlham Əliyev davam etdirməkdədir. Prezidentin 2012-ci il 23 may tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncamı buna sübutdur. Bu, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başladığı vaxtdan etibarən ana dilimizə göstərdiyi qayğının davamıdır. Ana dilimizin hələ sovet dönəmində Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsi,  ali məktəb tələbələri üçün ötən əsrin 70-ci illərində "Müasir Azərbaycan dili" dərsliyinin nəşri bunu təsdiqləyir. Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli və "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli fərmanları Azərbaycan  dilinin inkişafına xidmət edir. Bütün bunlar Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir. Dövlət rəhbərinin ana dilimizin qorunması uğrunda çox mühüm əhəmiyyət kəsb edən həmin sərəncamının ayrı-ayrı müddəalarını diqqətlə oxuyarkən bu tarixi sənədin əhatəliliyinin şahidi oluruq. Bu gün milli dilimizin daha çox müdafiə olunmağa, yad təsirlərdən qorunmağa ehtiyacı var. Həmin sərəncamda hər bir Azərbaycan vətəndaşına ismarıc var:  başı bəlalar çəkmiş, bir əsrdə üç dəfə əlifbası dəyişdirilmiş, torpaqlarının 20 faizi işğal olunmuş xalqımızın dilinin də işğalına yol verməyək.

"Azərbaycan dilinin qloballaşma şəraitinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında sərəncamda qazanılan uğurlarla yanaşı ədəbi dilimizin inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və onların aradan qaldırılması istiqamətində lazımi çeviklik göstərilmədiyi də qeyd olunur. Bəzi mətbuat orqanlarında, radioteleveziya kanallarında dilimizin qanunlarına riayət edilməməsi, dublyaj edilmiş filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcümələrinin yüksək estetik tələblərə cavab vermədiyi, küçə reklamlarında Azərbaycan dilinin ən adi leksik, qrammatik qaydalarının pozulması haqlı olaraq tənqid edilir. Bundan başqa, sərəncamda Azərbaycan dilinin digər türk dilləri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atılmasının, bu sahədə yeni layihələrin hazırlanmasının vacibliyi vurğulanır. Dilçiliyimizə daha bir diqqətin nümunəsini yenə də ölkə rəhbəri göstərdi. Belə ki, Prezident 29 may 2012-ci il tarixində Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən institutda fundamental tədqiqatların, monoqrafiq əsərlərin hazırlanması və nəşrinin həyata keçirilməsi və sair məsələlərin təmin edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının 2012-ci il büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılmışdır. Göründüyü kimi, dövlət başçısı tərəfindən ana dilimizin inkişafına, qorunub saxlanmasına və zənginləşdirilməsinə böyük qayğı var.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 28 iyun.- S. 6.