Azərbaycan Prezidentinin sonuncu əfv sərəncamı
AŞ PA tərəfindən yüksək qiymətləndirilmişdir
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ispaniyalı deputat Pedro Aqramunt və maltalı Jozef Delbano Krex Azərbaycan Prezidentinin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamını yüksək qiymətləndirmişlər.
Həmməruzəçilər Prezident İlham Əliyevin növbəti dəfə humanist mövqe nümayiş etdirərək xoşməramlı addım atdığını xüsusi vurğulamışlar.
AzərTAc
Azərbaycan.- 2012.- 28 iyun.- S. 6.