BMT-nin sessiyasında iştirak etmişlər

 

İyunun 18-dən 22-dək Vyana şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv Dövlətləri Konfransının İmplementasiya üzrə Nəzarət Qrupunun 3-cü sessiyası keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycanı  Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini İlqar Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Sessiyada Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və BMT-nin Narkotiklər və Cinayətkarlıq Əleyhinə İdarəsi Katibliyinin əməkdaşlarının, həmçinin BosniyaHerseqovina, Qvatemala ekspertlərinin birgə səyləri nəticəsində tərtib edilmiş Azərbaycan Respublikasının Konvensiyanın bir sıra maddələrinin implementasiyasına dair hesabat layihəsinin müzakirəsi aparılmışdır.

Bundan başqa, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının bəzi müddəalarının implementasiyası çərçivəsində dəyərləndiriləcək dövlətlərin püşkatma yolu ilə seçimi həyata keçirilmişdir. Püşkatma prosesində Azərbaycan Respublikası Meksika Birləşmiş Ştatları üzrə dəyərləndirici dövlət qismində seçilmişdir.

Korrupsiya əleyhinə BMT Konvensiyasına üzv Dövlətləri Konfransının İmplementasiya üzrə Nəzarət Qrupunun növbəti sessiyasının cari ilin avqustunda keçirilməsi planlaşdırılır.

 

 

Azərbaycan.- 2012.- 28 iyun.- S. 6.