Macarıstan Poçtu Şuşa şəhərinin Ermənistan tərəfindən işğalının 20 illiyi ilə əlaqədar xatirə markası buraxmışdır

 

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Macarıstan Poçtu qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar xatirə markası buraxmışdır.

Azərbaycanın dövlət rəmzlərinin - bayraqgerbin də əks olunduğu xatirə markasında Şuşanın yarı uçulmuş Gövhər Ağa məscidinin minarəsi və qala divarları təsvir edilmişdir.

Markada Azərbaycan, macaringilis dillərində "Şuşa şəhərinin Ermənistan tərəfdən işğalının 20-ci ildönümü" sözləri yazılmışdır.

Markanın içərisinə qoyulduğu bukletdə isə tarixi Azərbaycan şəhəri Şuşa haqqında hər üç dildə qısa məlumat verilmiş və erməni vandalları tərəfindən tar-mar edilmiş şəhərin mənzərəsi əks olunmuşdur. Xatirə markasında Azərbaycan milli ornamentlərindən və naxışlardan məharətlə istifadə edilmişdir.

Bu marka Macarıstanın və digər Avropa ölkələrinin deputatlarına, siyasiictimai xadimlərə, mətbuat nümayəndələrinə göndərilmişdir. Markaların bir hissəsi isə filatelistlər arasında yayılacaqdır.

 

 

Pərvanə QARAYEVA

 

Azərbaycan.- 2012.- 28 iyun.- S. 8.