Azərbaycan Prezidenti İlham Əliyev Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İvanovu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İvanovu qəbul etmişdir.

Görüşdə Azərbaycanda keçiriləcək Krans Montana Forumunun önəmi vurğulandı, Azərbaycan ilə Makedoniya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 1.