Azərbaycan Prezidenti İlham Əliyev Estoniya parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Estoniya parlamentinin sədri xanım Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində inkişaf etdirilməsi, ölkələrimizin, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əməkdaşlığının perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 1.