“Rusiya-Azərbaycan dialoqu-2012” üçüncü
Rusiya-Azərbaycan regionlararası forumunun
iştirakçılarına
Hörmətli dostlar!
"Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan
regionlararası forumunun
açılışında sizi
salamlayıram.
Sevindirici haldır ki, Rusiya-Azərbaycan regionlararası əlaqələri ardıcıl inkişaf edir, öz orbitinə iki ölkənin on minlərlə vətəndaşını cəlb edir. Bu cür əməkdaşlıq xalqlarımız arasında etimad və qarşılıqlı anlaşma ruhunun möhkəmlənməsində nəzərəçarpacaq rol oynayır, Rusiya-Azərbaycan münasibətlərində ümumi müsbət dinamikanı çox cəhətdən müəyyən edir.
Rusiya-Azərbaycan regionlararası forumu dövlətlərimiz arasında qarşılıqlı fəaliyyətin ən səmərəli vasitələrindən birinə çevrilmişdir. Bu forum nisbətən qısa müddətdə Rusiya və Azərbaycanın dövlət hakimiyyəti nümayəndələri, işgüzar və ekspert birlikləri arasında açıq, konstruktiv dialoq üçün ehtiyac duyulan məkan kimi nüfuz qazanmışdır. Forum bizim tərəfdaşlığımız üçün əhəmiyyətli, coğrafiyası və mövzu dairəsi daim genişlənən layihə və təşəbbüslərin güclü generatoruna çevrilmişdir.
Sizə səmərəli iş, dövlətlərimizin və xalqlarımızın rifahı naminə nəzərdə tutulan planların uğurla həyata keçirilməsini arzu edirəm.
Vladimir PUTİN,
Rusiya Federasiyasının Prezidenti
Moskva, 27 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 29 iyun.- S. 1.