Yüksək zirvələr fəth etmiş alim

 

 Ziyalılıq elə bir zirvədir ki, bu yüksəkliyə qovuşanlar başqalarından fərqli olaraq, bütöv bir dövrü əhatə edir, qaranlıqları daha tez duyub, nəticə çıxarmağı bacarır, özlərinin ruhuna, zəkasına, şüuruna hakim kəsilən buxovları qırıb atır, mövcud problemlər, onların həlli yolları və gələcək barədə mücərrəd qaydada deyil, konkret əmələ yönəlmiş formada düşünürlər. Belələri millətin intibahını haqlı olaraq elm və təhsildə axtarır, tədqiqatları ilə çoxlarının bəhrələnəcəyi irs və məktəb yaradırlar. Bu insanlar bəşəriyyətin xilasına yönələn ali idealları yaşatmağa, mənəvi meyarların cəmiyyətdə hakim olmasına çalışır, bununla da ucalığa qovuşurlar.

Azərbaycan Dövlət Neft Akademiyasının professoru, texnika elmləri doktoru, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli pedaqoq, görkəmli alim Ramiz Mehdi oğlu Mirsəlimov şəxsiyyətini, mənliyini, ad-sanını və həyat prinsiplərini qoruyan, elmə təmənnasız xidmətləri ilə böyük töhfə verən ziyalılardandır.

Hər bir şəxsiyyətin yetişməsində ilk öncə ailənin böyük təsiri var. Ailədəki mühit hər bir insanın gələcək həyat yolunu müəyyənləşdirir, xarakterinin formalaşmasında böyük rol oynayır. Müdriklərimiz əbəs yerə "ot kökü üstə bitər" deməyiblər. Mirsəlimovlar nəslini tanınmış alim, ömrünü, fəaliyyətini elm və təhsilə fəda edən ziyalılar nəsli adlandırmaq olar. Ramiz müəllimin doğulub boya-başa çatdığı ailədə elmə, təhsilə, sənətə, sənətkara olan böyük məhəbbət bu insanların hər birinin gələcək karyerasında müstəsna rol oynayıb. R.Mirsəlimov Bakı şəhərində, Azərbaycanın əməkdar həkimi, məşhur alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mirmehdi Mirmövsüm oğlu Mirsəlimovun ailəsində anadan olub. O, Azərbaycanda pataloji fiziologiyanın banilərindən biritibb elminin bu sahəsi üzrə ilk professoru olmuşdur. Anası Fatma xanım öz dövrünün kimyatibb sahələri üzrə iki ali təhsil almış azsaylı Azərbaycan qadını sayıla bilər.

Milli təfəkkür, milli kök, ulularımızdan ərməğan qalmış əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan ailədə aldığı tərbiyə, zəhmətkeş olan valideynlərinin xeyir-duası daxilindəki humanizm, vətənpərvərlik və fitri istedadla çulğaşaraq Ramiz Mirsəlimovun bir şəxsiyyət kimi formalaşmasında, gələcək zəngin yaradıcılıq fəaliyyətində mühüm rol oynayır. Sadə olduğu qədər də zəngin və mənalı ömür yolu, məqsədə çatmaq uğrunda göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə gərmək bacarığı Ramiz Mirsəlimovun elm sahəsində zirvəyə çatmasına səbəb olur.

R.Mirsəlimov 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) energetika fakültəsini bitirərək mühəndis-elektrik ixtisasına yiyələnir. Əmək fəaliyyətinə "Azərenerji"də başlayır və bu sahədə 5 il çalışır, lakin elm onu özünə daha çox cəlb edir. O, 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunun aspiranturasına daxil olur və "Quyuların yan elektrokarotajı üçün geofiziki ölçmə qurğularının tətbiqi və işlənməsi" mövzusunda dissertasiya işi müdafiə edərək alimlik dərəcəsi alır.

Ramiz Mirsəlimov mənalı və şərəfli ömür yolu keçmişdir. Alimin dərin vurğunu olduğu, bütün varlığı ilə bağlandığı elm sahəsində qazandığı uğurların sayı-hesabı yoxdur. Onun elmi istiqaməti çoxşaxəli və zəngindir. O, quyuların geoloji tədqiqi üçün elektrik karotajı, elektrik gücününenerjisinin yeni ölçmə çeviricilərinin, məmulatların bəzi keyfiyyət göstəricilərinin, analoqu olmayan yeni elektrik nəzarəti üsullarının, qaz kəmərlərində qazın və çənlərdə neftin miqdarının ölçülməsi üzrə informasiya-ölçmə sistemlərinin və onların çevirmə funksiyalarının xəttiləşdirilməsinin, mikroprossesor əsasında informasiya-ölçmə sistemlərinin, yerüstü obyektlərin məsafədən zondlamasının peykaltı sistemlərinin, ətraf mühitin ekoloji vəziyyətinə nəzarət, texniki görmə, informasiya-ölçmə sistemlərində gizli təsirlərin tədqiqinin işlənməsi üzrə tədqiqatlar aparmışdır.

1962-ci ildə R.Mirsəlimova elmipedaqoji fəaliyyətinə görə Azərbaycan NeftKimya İnstitutunun "İnformasiya-ölçmə və hesablama texnikası" (indiki "İnformasiya-ölçmə və kompyuter texnikası") kafedrası üzrə dosent elmi adı verilmişdir.

1992-ci ildə "Neft sahəsinin informasiya-ölçmə sistemlərində ölçmə çeviricilərinin yeni vasitələri kompleksi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini və professor elmi adını almışdır.

Öz istiqamətinə və mahiyyətinə görə müxtəlif olan elmi işlərin həddindən artıq geniş və çoxşaxəli olması görkəmli alimin zəngin yaradıcılıq manerasının,  elmi erudisiyasının bariz nümunəsi sayıla bilər. Məzunu olduğu Dövlət Neft Akademiyasında pedaqoji fəaliyyətə başlayaraq ömrünün ən qaynar illərini gənc nəslin yüksək ali təhsil almasına, təlim-tərbiyəsinə, maariflənməsinə həsr edən Ramiz Mirsəlimov 300-dən çox elmi işin, 41 müəlliflik şəhadətnaməsinin və patentin, 9 monoqrafiyanın, dərs vəsaitlərinin və çoxlu kitabların müəllifidir. Dünyanın müxtəlif ölkələrində keçirilən konqres, konfrans və simpoziumların materiallarında, 21 ölkənin xarici jurnallarında 80 elmi işi dərc olunmuşdur.

Ramiz Mirsəlimov Azərbaycan elminin canlı əfsanələrindən sayılır. Onun müstəqil Azərbaycan elminin dünya miqyasında tanıdılmasında, elmi ixtiralarının xarici dövlətlərin ən nüfuzlu elmi-tədqiqat institutlarında, iri sənaye müəssisələrində tətbiq olunmasında müstəsna xidmətləri vardır. "İnformasiya-ölçmə və hesablama texnikası" kafedrasının kompleks mövzusu olan  "Quyuların yan elektrokarotajı" keçmiş SSRİ-də bu mövzu üzrə yaradılan avadanlıqlar çərçivəsində seriya halında çap olunmuşdur. Quyuların yan elektrokarotajı aparaturası Sovet İttifaqının bütün neftçıxarma rayonlarında tətbiq olunmuşböyük iqtisadi effekt vermişdir. Bu aparatura 22 xarici dövlətin, xüsusilə də Almaniya, Macarıstan, keçmiş Çexoslovakiya kimi ölkələrin sənaye sahələrində tətbiq edilmişdir. Məhz bu yüksək elmi nailiyyətlərinə görə R.Mirsəlimov 1974-cü ildə elmtexnika sahəsində Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Görkəmli alim R.Mirsəlimovun elmi yaradıcılıq işləri, sənaye sahəsinə verdiyi töhfələr keçmiş SSRİ-nin bir çox müəssisələrində geniş tətbiq olunması ilə diqqəti cəlb edirdi. Onun elmə gətirdiyi yeni üsullar keçmiş ittifaqın 30-dan çox iri müəssisə və təşkilatlarında tətbiq olunub. Rusiyanın Çay Donanması Nazirliyi, Moskvaİjevsk avtomobil zavodları, "Daşkənd Aviasiya" İstehsalat Birliyi, "Moskva Maşınqayırma" İB, Lvov "Elektron" İB və digər iri müəssisələr böyük alimin elmi-tədqiqat işlərindən faydalanmışlar.

Ramiz Mirsəlimov həyatını elmə, dövlətin inkişafına, təhsilimizin gələcəyinə həsr etmiş bir şəxsiyyətdir. Onun elmi yaradıcılığı ölkəmizin neft sənayesinin, texnikanın müxtəlif üsullarının təkmilləşdirilməsinə dəyərli töhfə olmuşdur. R.Mirsəlimov 2000-ci ildə böyük beynəlxalq təşkilat olan "Association for the Advancement of  Modeling and Simulation Techniques in Enterprises" (AMCE, Fransa) Rəhbər Komitəsinin Redaksiya Şurasının üzvü seçilmişdir. Həmçinin AMCE-nin Azərbaycanda rəsmi nümayəndəsi "Zadeh Legasy" Assosiasiyasının üzvüdür.

Müstəqil Azərbaycanın dünyanın məşhur elm müəssisələri ilə qarşılıqlı əməkdaşlığında, elmi tədqiqatların birgə həyata keçirilməsində öz dəst-xətti, yaradıcılıq keyfiyyətləri ilə fərqlənən Ramiz Mirsəlimov yorulmadan çalışır, elm istehsalat sahəsində öz səmərəli fəaliyyətini davam etdirir. ABŞ-ın məşhur aerokosmik agentliyi - NASA alimin travmotologiya sahəsində yeni nəzarət üsullarına böyük maraq göstərmişdir. NASA onun dərin elmi yaradıcılıq işlərini yüksək qiymətləndirərək seçilmiş peşəkar qrupun üzvü kimi təqdim etmiş, təşkilatla əməkdaşlığa çağırmışdır.

Professor R.Mirsəlimovun 55 illik pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Neft Akademiyasının "İnformasiya-ölçmə kompyuter texnikası" kafedrası ilə bağlı olmuşdur. Kafedrada işlədiyi müddətdə 24 müxtəlif fəndən mühazirə oxuyub, diplom layihələrinə buraxılış işlərinə rəhbərlik etmişdir. Azərbaycan rus dillərində 21 adda tədris metodik vəsaitlər hazırlamışdır.

R.Mirsəlimov 1994-cü ildən 2004-cü ilədək ADNA-nın "İnformasiya-ölçmə kompyuter texnikası" kafedrasının müdiri "İnformatika idarəetmənin avtomatlaşdırılması" problem laboratoriyasının elmi rəhbəri vəzifələrində işləmişdir. Onun rəhbərliyi dövründə kafedrada Azərbaycan üçün mühüm əhəmiyyətə malik olan iki ixtisas - "Aviasiya cihazları ölçmə-hesablama kompleksləri" "Aerokosmik monitorinq" ixtisasları açılmışdır.

Azərbaycan hökuməti Ramiz Mirsəlimovun elm təhsil sahəsindəki misilsiz xidmətlərini yüksək qiymətləndirmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə böyük alim "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Görkəmli alim, pedaqoq Ramiz Mirsəlimovun ürəyinin hərarətindən, gözünün nurundan, zəkasının kamilliyindən neçə-neçə tələbəyə, tədqiqatçıya pay düşüb. O, yüksək əxlaqi keyfiyyətləri, insanlara qayğıkeş münasibəti, sadəliyi, təvazökarlığı, prinsiplərinə sadiqliyi ilə daim ətrafındakıların yüksək rəğbət ehtiramını qazanıb.

Professor Ramiz Mirsəlimovu 85 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir ona elmi fəaliyyətində daha böyük uğurlar, cancağlığı uzun ömür arzulayırıq.

 

 

Rəhim MƏMMƏDOV,

Azərbaycan Dövlət Neft

Akademiyasının professor

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 7.