Estoniya parlamentinin sədri xanım Ene Erqma Azərbaycana rəsmi səfərə gəlmişdir

 

 Estoniya Respublikası parlamentinin sədri xanım Ene Erqma iyunun 28-də Azərbaycana rəsmi səfərə gəlmişdir.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis Sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılamışlar.

Ene Erqma aeroportda jurnalistlərə demişdir ki, Estoniyanın parlament sədri kimi Azərbaycana ilk səfərindən məmnundur. Parlament səviyyəsində birgə işləmək üçün yaxşı imkanlar mövcuddur.

Səfər çərçivəsində Azərbaycanın və Estoniyanın qanunverici orqanları arasında əməkdaşlıq, eləcə də müxtəlif sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparılacaq, bir sıra görüşlər keçiriləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 2.