Azərbaycan və Rusiya arasında bir sıra sənədlər imzalanmışdır

 

 Bakıda keçirilən üçüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində sənədlər imzalanmışdır. Azərbaycan Dövlət İqtisad UniversitetiSankt-Peterburq  Dövlət İqtisadiyyat və Maliyyə Universiteti arasında əməkdaşlıq haqqında müqaviləni həmin ali məktəblərin rektorları Şəmsəddin Hacıyev və İqor Maksimtsev imzalamışlar.

Krasnodar diyarında "Mətanət-A" zavodunun inşasına dair investisiya sazişinin icrası çərçivəsində "Aqasa" şirkətinə Krasnodar diyarı ərazisində rəsmi diler səlahiyyətlərinin verilməsi haqqında  müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycan tərəfindən  "Mətanət-A" şirkətinin baş direktoru Elxan Bəşirov, Rusiya tərəfindən isə "Aqasa" şirkətinin direktoru Georgi Aqafonov imzalamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 4.