Üçüncü Rusiya-Azərbaycan regionlararası forumun iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər

 

Bakıda keçirilən üçüncü Rusiya-Azərbaycan regionlararası forumun iştirakçıları iyunun 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 5.