BakıdaQafqazın gələcəyi naminə birgə səylər: ötən 20 il onun dərslərimövzusunda Beynəlxalq konfrans keçirilmişdir

 

 İyunun 28-də "Hilton Baku" hotelində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), "Caucasus İnternational" "Turkish Policy Quarterly" jurnallarının birgə təşkilatçılığı ilə "Qafqazın gələcəyi naminə birgə səylər: ötən 20 il onun dərsləri" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Cənubi Qafqaz ölkələrini Türkiyə Respublikasını təmsil edən ekspertlər, ziyalılar iştirak etmişlər.

SAM-ın direktoru Fərhad Məmmədov bildirmişdir ki, Cənubi Qafqaz regionu olduqca həssas bir məkanda yerləşir. Bu regionun gələcəyi ilə bağlı məsələlər bizim üçün çox vacibdir. Tarix  göstərmişdir ki, Cənubi Qafqaz zaman-zaman böyük dövlətlərin müdaxiləsinə işğalına məruz qalmışdır. Regiondakı respublikalar 20 il əvvəl  öz müstəqilliklərinə  qovuşmuşlar. Bu 20 illik  müddətdən sonra biz qazandıqlarımız itirdiklərimizlə bağlı ilk nəticələri çıxara bilərik. Zənnimcə, regiondakı üç dövlətin yenidən öz müstəqilliyinə qovuşması  ötən 20 ilin ən böyük nəticəsi nailiyyətidir. Əldə olunmuş müstəqilliyi qorumaq növbəti 20 ildə  ümdə vəzifəmizdir. Çünki məhz müstəqil dövlətlər öz ölkələrini gələcəyə apara bilərlər.

F.Məmmədov demişdir ki, bölgədə həll edilməmiş münaqişələrin, qapalı sərhədlərin olması bir çox işlərimizə təşəbbüslərimizə əngəl törədir.  Biz istəyirik ki, Cənubi Qafqazda qapalı sərhədlər qalmasın, ən böyük təhlükə hesab edilən   münaqişələr tezliklə öz həllini tapsın  hər üç region ölkəsi  yüksək inkişafa nail olsun.

Konfransda "Turkish Policy Quarterly" jurnalının baş redaktoru Nigar Gökselin moderatorluğu ilə keçirilmiş "Müstəqilliyin vədləri çağırışları" mövzusunda panel iclasında  üç Qafqaz ölkəsinin iqtisadi siyasi baxışlarının inkişafı, mövcud tarazlığın dəyişməsi perspektivləri, Rusiya, Avropa İttifaqı, Türkiyə ABŞ-ın regiondakı münaqişələrin həllində gələcək fəaliyyətləri müzakirə olunmuşdur.

İclasda Milli Məclisin deputatı Rasim Musabəyovun, Gürcüstan Strateji  Beynəlxalq Tədqiqatlar Fondunun prezidenti Aleksandr Rondelinin, tarixçi, Ermənistan Respublikasının ilk prezidenti Levon Ter-Petrosyanın sabiq baş müşaviri 1991-1997-ci illərdə Dağlıq Qarabağ münaqişəsi üzrə nümayəndəsi  olmuş Jerar Libardiyanın mövzuya dair çıxışları dinlənilmişdir.

Jerar Libardiyan demişdir: "Biz elə zənn edirdik ki, Sovet İttifaqı dağıldıqdan   sonra "soyuq müharibə" başa çatacaqdır. Lakin çox təəssüflər olsun ki, SSRİ-nin süqutundan sonra  Qafqazda "soyuq müharibə" bitmədi. Regionumuzda kənar qüvvələr vasitəsilə "soyuq müharibə" bu gün   davam edir. Bu mini "soyuq müharibə"nin qədər davam edəcəyini bilmirik. Lakin müstəqilliklə bağlı  bir məsələ artıq bəllidir. Müstəqillik o demək deyil ki, sən necə istəyirsən elə ola bilərsən. Cənubi Qafqazda "soyuq müharibə"ni  dayandırmaq vacibdir, xüsusilə Dağlıq Qarabağ münaqişəsini. Bu münaqişə təkcə Ermənistan Azərbaycan arasında olan məsələ deyildir, həm bütövlükdə  regionun   problemidir. Çünki belə vəziyyətdə birgə layihələri həyata keçirmək çox çətindir".

Ermənistan Respublikasının ilk prezidenti Levon Ter-Petrosyanın sabiq baş müşaviri sözünə davam edərək demişdir: "Dağlıq Qarabağ münaqişəsi həll edilməsə, Ermənistan regionda ən zəif ölkə olaraq qalacaqdır, Azərbaycan Gürcüstan isə inkişaf edəcəkdir. Biz iki qonşu dövlətlər - Türkiyə Azərbaycan ilə münaqişədəyik. qədər ki, bu münaqişələr həll edilməyib, Ermənistan inkişaf edə bilməyəcəkdir.

Biz problemin həllini kənardan gözləyirik. Mən ATƏT-in Minsk qrupunun vasitəçiliyinə etibar etmirəm. Hesab edirəm ki, danışıqlar birbaşa aparılmalıdır. Münaqişənin həlli üçün tərəflər maksimum tələblərdən imtina etməli,  güzəştə getməlidirlər".

Jerar Libardiyan daha sonra demişdir: "Levon Ter-Petrosyan istefa verdi, çünki o, sülh istəyirdi. Şübhəsiz, Ter-Petrosyanın da səhvləri var idi.  Bununla belə, Ter-Petrosyan da, biz deyirdik ki, Ermənistan zəif dövlətdir, biz qonşularla normal münasibət qurmadan onun inkişafına nail ola bilmərik. Lakin kimlərsə Ter-Petrosyanın istefasını tələb etdi ki, Ermənistanın siyasi kursunda  dəyişikliklər yaransın. Bu gün zaman Azərbaycanın xeyrinə işləyir".

Region dövlətlərində müstəqilliyin əldə edilməsinin şahidi olmuş natiqlər  ötən əsrin 90-cı illərinin əvvəllərinə aid hadisələrin açıq səmimi təsvirini verməyə çalışmış, regional qlobal səviyyədə milli identikliyin, yenidən iqtisadi strukturlaşmanın, təmsil etdikləri ölkələrin regional qlobal miqyasda məqsəd strategiyaları barədə fikirlərini bölüşmüşlər. Bildirilmişdir ki, Sovet İttifaqının süqutu Cənubi Qafqaz regionunda uzun müddət gözlənilən dövlət müstəqilliyinin bərpası ilə yanaşı, buraya yeni dövrün çağırışlarını da gətirmişdir.

Tədbirdə SAM  ilə Gürcüstan Strateji  Beynəlxalq Tədqiqatlar Fondu arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanmışdır.

İki qurum arasında əlaqələrin genişlənməsini möhkəmlənməsini nəzərdə tutan  sənədi F.Məmmədov A.Rondeli imzalamışlar.

 

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 5.