Dövlət Miqrasiya Xidməti Gəncədə zona müşavirəsi keçirmişdir

 

Dövlət Miqrasiya Xidməti (DMX) Gəncədə zona müşavirəsi keçirmişdir. AzərTAc xəbər verir ki, Gəncə şəhərinin, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir, Daşkəsən, Samux, GöygölGoranboy rayonlarının hüquq-mühafizə orqanlarının, icra hakimiyyəti və ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və yerli sahibkarların iştirakı ilə keçirilən müşavirəni giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham Əliyev açaraq ölkəmizdə bir çox sahələrdə olduğu kimi, miqrasiya sahəsində də köklü dəyişikliklərin aparıldığını bildirmişqurumun inkişafı sahəsində ölkə başçısının imzaladığı sərəncamların əhəmiyyətindən danışmışdır. DMX-nin baş idarə rəisi İsmayıl Abdullayev, idarənin məsul işçisi Elxan Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 17 mart tarixli sərəncamı ilə yaradılan Dövlət Miqrasiya Xidmətinin strukturuonun fəaliyyəti ilə bağlı maarifləndirici məruzə ilə çıxış etmişlər.

Müşavirədə ictimai təhlükəsizlik, daxili əmək bazarının qorunması, müxtəlif yoluxucu xəstəliklərin ölkəmizə keçməsinin qarşısının alınması, eləcə də respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti və daimi yaşamasını, onların haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi kimi məsələləri tənzimləyən normativ-hüquqi aktların müddətləri barədə də iştirakçılara ətraflı məlumat verilmişdir. Müşavirədə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 6.