Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycana
səfərə gəlmişdir
Monteneqro Respublikasının
Prezidenti Filip Vuyanoviç Bakıda keçiriləcək
Krans Montana Forumunda iştirak etmək üçün iyunun
28-də Azərbaycan Respublikasına səfərə gəlmişdir.
Hər
iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Monteneqro
Prezidenti Filip Vuyanoviçi və xanımı Svetlana Vuyanovici
hava limanında Azərbaycanın ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər
qarşıladılar.
Prezident
Filip Vuyanoviç və xanımı hava limanından onlar
üçün ayrılmış iqamətgaha yola
düşdülər.
AzərTAc
Azərbaycan.- 2012.- 29 iyun.- S. 7.