Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İvanov Azərbaycana səfərə gəlmişdir

 

 Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İvanov Bakıda keçiriləcək Krans Montana Forumunda iştirak etmək üçün iyunun 28-də Azərbaycan Respublikasına səfərə gəlmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident George İvanovu və xanımı Maya İvanovanı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşıladılar.

Prezident George İvanov və xanımı hava limanından onlar üçün ayrılmış iqamətgaha yola düşdülər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 7.