IDEA Kampaniyası
“Eco Cinema” layihəsi
çərçivəsində növbəti filmin
nümayişini təşkil etmişdir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 11-də başladılmış IDEA - International Dialogue for Environmental Action (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) Kampaniyası "Eco Cinema" layihəsinin icrasını uğurla davam etdirir.
"Eco Cinema" layihəsi çərçivəsində IDEA Kampaniyasının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində hər iki həftədən bir tələbələr üçün ətraf mühit məsələlərinə həsr olunmuş filmlər nümayiş etdirilir. Bu layihə geniş tələbə auditoriyası tərəfindən böyük maraqla qarşılanmışdır.
IDEA Kampaniyasından AzərTAc-a bildirmişlər ki, iyunun 28-də "Eco Cinema" layihəsi çərçivəsində tələbələrə növbəti dəfə ətraf mühit problemlərinə dair dünya şöhrətli "11-ci saat" ("11th Hour") sənədli film nümayiş etdirilmişdir.
"11-ci saat" sənədli filmi dünyada mövcud olan qlobal istiləşmə təhlükəsinin aradan qaldırılması yolları və planetin ekosisteminin bərpa üsulları haqqında faydalı məlumatlar toplusudur. Filmdə həmçinin davamlı inkişaf proqramları, bioloji müxtəlifliyin dəstəklənməsi və tullantıların zərərsizləşdirilməsi üçün yeni texnologiyaların əhəmiyyətindən söhbət açılır.
Ekran əsərinin
nümayişindən sonra tələbələr
arasında Azərbaycanda və dünyada mövcud olan ətraf mühit problemləri ilə bağlı 45 dəqiqəlik müzakirə
aparılmışdır.
Azərbaycan.- 2012.- 29 iyun.- S. 7.