Beynəlxalq Mətbuat
İnstitutunun Azərbaycan Milli
Komitəsinin rəhbəri BMİ-nin
63-cü Dünya Konqresində qurumun idarə heyətinin üzvü
seçilmişdir
Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) iyunun 25-də keçirilən Baş Assambleyasında qurumun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev BMİ idarə heyətinin üzvü seçilmişdir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun İnformasiya departamentindən AzərTAc-a bildirmişlər ki, seçki prosesində BMİ-nin dünyanın müxtəlif ölkələrindən (ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Norveç, Nigeriya, Keniya, Zambiya, Türkiyə, Azərbaycan, Rusiya, Yaponiya, Cənubi Afrika və s.) üzvləri, jurnalistlər iştirak etmişlər.
Seçkilər zamanı U.Mirzəyev tələb
olunan mümkün səslərdən
ən çoxunu - 58 səs toplayaraq BMİ idarə heyətinin 28-ci rəsmi
üzvü seçilmişdir.
Azərbaycan.- 2012.- 29 iyun.- S. 7.