Ali təhsil
sistemində innovativ layihələr Azərbaycanın gələcək
inkişafına etibarlı təminatdır
Azərbaycan 2020: təklif edirəm
Azərbaycanın hərtərəfli müasirləşməyə zəmin yaradan iqtisadi siyasəti son illərdə həm də milli inkişaf modelinin formalaşmasını təmin edən başlıca amilə çevrilmişdir. 2003-cü ildən respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması, ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsi ilə yanaşı, sosial-mədəni modernləşməyə də imkan yaratmışdır.
2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan mövcud uğurların qorunub saxlanması üçün daxili potensialını məqsədyönlü şəkildə səfərbər edərək inkişaf perspektivlərini düzgün müəyyənləşdirməyə çalışır. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edərək onu davamlı tərəqqi və yüksəliş yoluna çıxaran Prezident İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini, tam, müstəqil siyasət yürütməsini, ən əsası, inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" 29 noyabr 2011-ci il tarixli sərəncam da bunun bariz təcəssümüdür.
Belə bir sərəncamın imzalanması deməyə əsas verir ki, dövlət başçısı Azərbaycanın gələcək inkişaf perspektivlərinin indidən dərin elmi əsaslarla müəyyənləşdirilməsini vacib sayır. Burada vurğulanır ki, ölkənin inkişafının hazırkı mərhələsində əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını bu ilin sonunadək işləyib hazırlamalıdır. Əminliklə demək olar ki, belə bir konsepsiyanın qəbulu Azərbaycanın inkişaf etmiş ölkələr sırasına yüksəlməsində mühüm rol oynayacaqdır.
Azərbaycan hazırda öz inkişafının elə bir mərhələsindədir ki, ölkədə elm və təhsilin inkişafına müvafiq şərait yaradılmadan, əhalinin aktiv təbəqələri tərəfindən müasirləşməyə pozitiv yanaşma formalaşmadan modernləşmə məqsədlərini həyata keçirmək mümkün deyildir. Respublikamızın sosial-mədəni modernləşməsi təkcə yeni texnologiya və bazar mexanizmlərinin tez bir zamanda keyfiyyətli tətbiqini deyil, həmçinin yeni qarşılıqlı münasibətlərin, kreativ və innovasion şüurun köməyi ilə millətin sivil yeniləşməsini şərtləndirə bilən institutların yaranmasını nəzərdə tutur.
Ümumilikdə müasir iqtisadi sistemlərin evolyusiyasında başlıca ənənəni xammal və postindustriyal iqtisadiyyat paradiqmindən "Elm əsasında qurulmuş iqtisadiyyat" (knowledge based esonomy) paradiqminə keçid təşkil edir. Yeni iqtisadiyyatın əsasları innovasiya cəmiyyətinin müasir mərhələsinin - biliyin generasiyası, yayılması və istifadəsi zəminində formalaşmış cəmiyyətin yaranma strategiyasına yönələcəkdir. Unikal vərdişlər və qabiliyyətlərin mənimsənilməsi, onların daim yeniləşməkdə olan fəaliyyət sahələrinə adaptasiya olunması, yüksək peşəkarlıq və s. əsas istehsal resurslarının, maddi firavanlığın və şəxsiyyətin ictimai statusunun mahiyyətini təşkil edir.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası suveren Azərbaycan Respublikasının təhlükəsiz, stabil, ekoloji cəhətdən dayanıqlı, dinamik inkişaf edən iqtisadiyyata malik dünya dövlətlərindən birinə transformasiya olunması perspektivlərinin hədəf və istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlmiş mühüm dövlət sənədidir. Ölkənin gələcək inkişafının müxtəlif sahələr üzrə konkret planlarının tərtib edilməsi və həyata keçirilməsində bir çox prinsiplər müəyyənedici əhəmiyyət daşıyır: iqtisadiyyatın şaxələnməsinin sürətləndirilməsi, əlverişlı iqtisadi mühitin formalaşdırılması; milli innovasiya sisteminin formalaşdırılması; investisiyalar; vətəndaşlar üçün xidmətlər; millətlərarası həmrəyliyin, təhlükəsizliyin, beynəlxalq münasibətlərin stabilliyinin təmini.
Göründüyü kimi, strateji inkişaf prioritetlərindən və onların həyata keçirilmə prinsiplərindən hər biri bu və ya digər dərəcədə Azərbaycan vətəndaşının təhsili ilə əlaqədardır. "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabətqabiliyyətliliyinin təmin edilməsi; ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi; habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması; əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılması; təhsilin keyfiyyətinin yüksəldilməsi və nəticələrinin tanınması nöqteyi-nəzərindən texniki ali məktəblər üçün vacib əhəmiyyət kəsb edir.
İnteqrasiyanı həm bir ölkə hüdudlarında, həm də təhsil sistemləri oxşar ölkələr arasında vahid təhsil məkanı yaratmaqla həyata keçirmək mümkündür. Elm tutumlu texnologiyaların işlənməsində istifadə olunan laboratoriya və eksperimental avadanlıqların fiziki və mənəvi köhnəlməsi ali məktəblər arasında kooperasiya əsasında kollektiv istifadə mərkəzlərinin, o cümlədən də superkompyuter, elektron mikroskop, 3D skaner əsasında sürətli prototipləşdirmə və hazırlama avadanlıqları ilə təchiz olunmuş mərkəzlərin, nanotexnologiya və biotexnologiya mərkəzlərinin, ali məktəb innovasiya infrastrukturlu mərkəzlərin, texnoparkların və texnologiyaları transfer mərkəzlərinin yaradılması məsələsinin aktuallığını ön plana çıxarır.
Elmtutumlu texnologiyaların işlənməsi və transferi iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq və texnoloji modernləşdirilməsini həyata keçirməyin vacib şərtləridir. Elm və təhsilin nüfuzunun yüksəldilməsi işi, mövcud intellektual potensialın imkanlarından rassional istifadə etməklə bərabər, həm də dünyanın qabaqcıl universitetlərində təcrübə keçmiş, yüksək texnologiyaların yaranmasında iştirak etmiş, Avropa dillərini bilən gənc mütəxəssislər axını kontekstində aparılmalıdır. Ölkədə dövlət himayəsinə ehtiyacı olan elm-təhsil müəssisələrinin sayı çoxdur. Bu da dövlət vəsaitlərinin qeyri-rassional sərfinə, elmin və təhsilin perspektiv istiqamətlərində maliyyə çatışmazlığına gətirib çıxarır. İri şirkətlər və korporasiyalar daxilində korporativ elm və təhsil adlandırılan elmi-tədqiqat və təhsil komplekslərinin yaradılması ilə bu problemi aradan qaldırmaq mümkündür. Klaster tipli regional və sahə strukturlarının yaradılması da elm-təhsil müəssisələrinin və iqtisadiyyatın yüksək texnoloji sektorlarının qarşılıqlı fəaliyyətini təmin edə bilən vasitələrdir.
İnteqrasiya olunmuş iri strukturlar daxilində müəssisələrin mühəndis-texniki işçiləri və ixtisaslı fəhlələri üçün ixtisasartırma, yeni ixtisasalma və digər əlavə təhsil xidmətlərinin təşkili ideyası da diqqətəlayiqdir. Belə mərkəzlər, həmçinin müxtəlif beynəlxalq assosiasiyalar çərçivəsində, məsələn, MDB Ölkələri Texniki Universitetləri Assosiasiyası, Xəzəryanı Ölkə Universitetləri Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkə Universitetləri Assosiasiyası və s. çərçivəsində də yaradıla bilər. Bu məqsədlə AzTU-da tədris prosesində yeni texnologiyaların tətbiqi və transferi, texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsi və idarə olunması, tələbələrdə unikal vərdişlərin və qabiliyyətlərin formalaşdırılması, ixtisasartırma və yeni ixtisasalma, elmi nəricələrin kommersiyalaşdırılması və digər əlaqədar fəaliyyətlərin həyata keçirilməsi məqsədilə "Virtual Layihə-Texnoloji Tədris Mərkəzi" (VLTTM) yaradılmışdır.
Mərkəzin texnoloji təminatı "HAAS Automation" şirkətinin SL-10 SNS+ markalı torna və VF-1 SNS+ markalı emal mərkəzi, proqram təminatı isə "R.&S. KELLERGmbH" şirkətinin SoftWare SYMplus proqram məhsulları əsasında yaradılmışdır. LTTM-in bazasında tərkibində İNTERNET-ə qoşulmuş Pentyum 1V markalı kompyuterlər, elektron proyektor, interaktiv lövhə və "HAAS Automation" şirkətinin imitatorları olan sinif fəaliyyət göstərir.
Mərkəzdə təhsilin müxtəlif səviyyələrində rəqəmli proqramla idarə olunan dəzgahların, onlar üçün idarəedici proqramların və mexaniki emal texnologiyalarının SAD/SAM sistemləri əsasında layihələndirilməsi və tətbiqi ilə əlaqədar fənlərin tədrisi və respublikanın maşınqayırma və cihazqayırma müəssisələrinin mütəxəssisləri üçün ixtisasartırma, yeni ixtisasalma və digər əlavə təhsil xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin tədris prosesində kompleks tətbiqi üçün VLTTM-də lazımi texniki, proqram, informasiya və metodoki təminatlar yaradılmışdır. Mərkəzdə həmçinin maşınqayırma və cihazqayırma təyinatlı müəssisələrdə mövcud mühəndis texniki işçilərin ixtisasartırma, təkmilləşdirmə və yeni ixtisas alma məsələlərinin əyani və distant formada təşkili üçün SAD/SAM/SAE sistemlərinin universal modulları nəzərdə tutulmuşdur:
- Konstruktiv layihələndirmənin və konstruktiv sənədlərin hazırlanmasının avtomatlaşdırılması SAD - Somputer-aided design;
- Texnoloji layihələndirmənin və son nəsil rəqəmli proqramla idarə dəzgahları üçün idarəedici proqramların avtomatlaşdırılmış layihələndirilməsi-SAM - Somputer-aided Manufasturing;
- SALS - "Sontinuous Asquisition and Life Sysle Support" - texnologiyaları çərçivəsində, real vaxt rejimində və məkan fərqində mütəxəssislər qrupunun vahid texniki və texnoloji layihələr üzərində birgə fəaliyyətini təmin etmək;
- Layihə rəhbərləri və tələbələr üçün daimi fəaliyyət göstərən sorğu-məsləhət mərkəzinin təşkili.
AzTU-nun professor-müəllim heyəti və tələbələri mərkəzdə istifadə edilən informasiya kommunikasiya texnologiyaları vasitəsilə hüquqi cəhətdən bir-birindən asılı olmayan müəssisələrin, o cümlədən də "HAAS Automation", "R.&S.Keller Gmbh", "Abplanalp Engineering AG" və digərləri mühəndis-texniki işçiləri və tələbələri ilə birlikdə virtual bir müəssisə təşkil edərək real vaxt rejimində və informasiya mübadiləsinin vahid standartları daxilində birgə layihələr həyata keçirmək imkanlarına malikdirlər.
Son illərdə ali ixtisas təhsili sisteminin inkişafı ilə əlaqədar genişmiqyaslı tədbirlər planı həyata keçirilir, vahid təhsil məkanı formalaşdırılır, təhsil xidmətlərinin mobilliyi təmin olunur, yeni təhsil standartları işlənir və təhsilin təşkilini reqlamentləşdirən normativ sənədlər işlənir. Ali ixtisas təhsili sisteminin Bolonya prosesi kontekstində modernləşdirilməsinin, təhsilin keyfiyyətinin yüksəldilməsi və nəticələrinin tanınmasının əsas istiqamətlərindən biri də tədris prosesində və idarəetmə strukturlarında müasir informasiya texnologiyalarının tətbiqidir.
Mühəndis hazırlığında SAD/SAM/SAE sistemlərinin tətbiqinə diqqət artırılmalıdır. Kafedra və laboratoriyaların müvafiq aparat-proqram vasitələri ilə təmin olunması daim diqqət mərkəzində saxlanmalıdır. İstehsalın texnoloji hazırlığı məsələlərinin həllində müasir proqram komplekslərindən: Uniqraphiqs, Satya, Pro/E, SolidWorks, İnventor, Solid Edge, AutoSAD və s. istifadə edilməlidir. Tərkibində qrafiki əməliyyatların xüsusi çəkisi yüksək olan avtomatlaşdırılmış layihələndirmə sistemlərindən istifadə edən kafedraların yüksək məhsuldarlıqlı, etibarlı və yaddaş həcmli qrafiki prosessorlara malik işçi stansiyalarla təmin edilməsinə diqqət artırılmalıdır. Bu stansiyalar, informasiyanın kompyuterə daxil edilmə vasitələri: digitayzerlər, interaktiv lövhələr, 3D-skanerlər, vizualizatorlar və plotterlərlə təmin olunmalıdır.
Hazırda iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə yeni nəsil kompyuterlərin (matris və hüceyrə səciyyəli proseslər, sistoloji strukturlar, neyron şəbəkələr və s.) yaradılması istiqamətində intensiv fəaliyyət həyata keçirilir. İnformasiya texnologiyaları üzrə ixtisaslaşmış kafedralar bu proseslərin seyrçisindən iştirakçısına çevrilməli, yeni arxitektura, sistemotexniki həllər, böyük inteqral sxemləri hazırlama texnologiyasının təkmilləşdirilməsi, optik prinsiplərlə qurulan optoelektron element bazasının yaradılması və başqa istiqamətlərdə elmi-tədqiqat və layihə texnoloji fəaliyyətin gücləndirilməsinə diqqəti artırmalıdırlar.
Tədris prosesində müasir təhsil
texnologiyalarından istifadə edilməlidir. Bu məqsədlə
elektron prezentasiya üsuluna xüsusi fikir verilməlidir.
Elektron prezentasiyanın əsas məqsədi tələbələrin
vizual təfəkkür tərzinə təsir göstərmək,
təqdim olunan materialların dinamikliyini və animasiyasını təmin etmək,
müxtəlif çeşidli qrafiklər, cədvəllər,
audio və video effektlərlə müşayiət
olunmasına geniş imkanlar yaratmaqdır.
Elektron təhsil (E-Learning) informasiya - sənaye ölkələrində
gələcəyin təhsili sayılır. İnformasiya-kommunikasiya
texnologiyaları tədrisdə tədqiqat və əyani vasitə
obyektləri olmaqla yanaşı, təhsilin keyfiyyətinin
yüksəldilməsi vasitəsi kimi də ənənəvi
kağız və kitabxana texnologiyalarının imkan vermədiyi
informasiyanın əldə edilməsinə və işlənməsinə
imkan yaratmalıdır. Elektron təhsil
kontentinə hər bir ixtisas üzrə tədris planı, fənn
proqramları, əsas və əlavə ədəbiyyatlar, tədris-metodiki
kartlar, elektron mühazirələr, imtahan sualları (testlər),
laboratoriya və kurs işlərinə aid metodiki göstərişlər
daxil edilməlidir. Belə komplekslər
bazasında fərdi və distant tədris texnologiyaların,
onlayn texnologiyaların tətbiqi və inkişafı aktuallıq
kəsb edən məsələlərdir. Təhsildə
yeni tədris texnologiyaları açıq və distant təhsil
üçün tədris vasitələrinin, elektron dərsliklərin,
təhsil portallarının yaradılmasını, multiagentli
- multimediya və hiper-mediya texnologiyalarından istifadəni,
animasiya texnologiyaları vasitəsilə tədris
materiallarının əyanilik dərəcəsinin
artırılmasını, telekonfrans texnologiyaları vasitəsilə
respublika və beynəlxalq miqyaslı telekonfranslarda iştirak
etməyi və s. əhatə edir.
Elektron tədris komplekslərinin işlənməsində
pedaqoji və psixoloji proseslərin ümumi prinsipləri və
elektron dərslikdən istifadənin səmərəlilik
şərtləri nəzərə alınmalıdır. Elektron dərslik həm
konkret fəaliyyətin informasiya modeli, həm də tədris
prosesinin modeli kimi: informasiya, transformasiya, sistemləşdirici,
özünə nəzarət, alınmış biliyin mənimsənilməsi,
biliyin artırılması, inteqrasiya etmə, koordinasiya etmə,
tədrisin fərdiləşməsi və diferensasiyası
funksiyalarını yerinə yetirməlidir.
İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə
İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə
çatdırılması ölkədə prioritet istiqamətlərdən
biridir. Bu gün İKT tətbiqi üzrə elmi-metodiki
bazanın təkmilləşdirilməsi, vahid elektron təhsil
məkanının formalaşdırılması günün əsas
tələbi olaraq qalır. Qarşıya qoyulmuş məqsədə
nail olmaq üçün aşağıdakı istiqamətlərdə
müvafiq vəzifələrin yerinə yetirilməsi nəzərdə
tutulur:
təhsil
sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi;
elektron
təhsil texnologiyalarının genişləndirilməsi;
təhsil
sistemində idarəetmənin
informasiyalaşdırılması;
kadr
potensialının güsləndirilməsi;
normativ
hüquqi bazanın təkmilləşdirilməsi.
Təhsildə informasiya-kommunikasiya
texnologiyalarının ən son nailiyyətləri isə
universitetlərin idarə olunmasının avtomatlaşdırılmış
sistemi olan - Elektron Universitet (EU) layihəsində əksini
tapmışdır. Elektron Universitet anlayışı faktiki
olaraq təhsilin distant və onlayn formalarının
inkişafının yeni mərhələsini əhatə
edir; təhsil müəssisəsinin potensial
sifarişçisi olan tələbələrin təhsil
problemlərinin iqtisadi əlverişli üsullarla həlli və
təhsil xidmətləri üzrə elektron biznes həyata
keçirmək imkanları yaradır.
Respubilkanın müdafiə sənayesi kompleksinin
elmtutumlu texnologiyalar əsasında inkişafı dövlətin
yüksək prioritetlərindən biridir. Müdafiə
sənayesi kompleksində həyata keçirilən inteqrasiya
prosesləri, son nəsil rəqəmli proqramla idarə olunan
çoxməqsədli texnoloji avadanlıqlar və texnoloji xətlərin
tətbiqi və yeni texnologiyaların transferi müdafiə təyinatlı
ixtisaslar üzrə mütəxəssis (bakalavr və magistr səviyyəli
mühəndis texniki işçilər, elmi işçilər,
idarəetmənin bütün səviyyələrində
menecerlər və ixtisaslı fəhlələr)
hazırlığı həyata keçirməyi tələb
edir. MSK-nın inkişaf səviyyəsi ölkənin
milli təhlükəsizliyinin qarantı olmaqla bərabər,
iqtisadiyyatın maşın və cihazqayırma, nəqliyyat,
rabitə, yanacaq-enerji kompleksi kimi vacib sahələrində də
elmi-texniki tərəqqinin səviyyəsini müəyyənləşdirir.
Azərbaycan
Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı
ilə təsdiq olunmuş "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"na uyğun olaraq Azərbaycan
Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin
cari və perspektiv tələbatlarını nəzərə
almaqla AzTU-da, ali ixtisas təhsilinin bütün səviyyələri
üzrə yüksək ixtisaslı mühəndis
kadrların hazırlığının həyata
keçirilməsini təmin edə biləcək
"Xüsusi texnika və texnologiya fakültəsi"
yaradılmışdır.
Respublika iqtisadiyyatının, o cümlədən
müdafiə-sənaye kompleksinin innovasiya prinsipləri əsasında
qurulmasının vacibliyi müxtəlif səviyyələrdə
idarəetmə strukturlarının rəhbərlərinin,
elmi işçilərin, mütəxəssislərin və fəhlə
kadrların peşə hazırlığının keyfiyyətinə
və rəqabət qabiliyyətinə qarşı prinsipcə
yeni tələblər irəli sürür. MSK-nın mövcud kadr
potensialına təkmilləşdirmə, yeni ixtisasalma,
ixtisasartırma və ali təhsildən
sonrakı təhsil xidmətlərinin göstərilməsi də
diqqət mərkəzində olmalıdır.
Təbiət
elmlərinin və texniki fənlərin tədrisinin ali məktəb standartları, əmək
bazarının və işverənlərin tələb və
təklifləri nəzərə alınmaqla
hazırlanmalı və ölkənin innovasiya sisteminin
ehtiyaclarına adaptasiya olunmalıdır. İxtisaslı
fəhlə kadrların hazırlanması tsikli səciyyə
daşıyır. İqtisadiyyatın
texnoloji yeniləşdirilməsindən söhbət getdikdə
qısa müddətlərdə və böyük miqyasda
ixtisaslı fəhlələrin hazırlığı və
təkmilləşdirilməsi tələb edildikdə peşə
təhsili sistemi müəssisələrə qovuşur,
(onların nəzarəti altına keçir və kifayət
dərəcədə onlar tərəfindən maliyyələşdirilir.
Mövcud texnoloji əsaslarla inkişaf etdikdə
isə peşə təhsili sistemi müəssisələrdən
ayrılır, başlıca olaraq dövlət təhsil
orqanları tərəfindən maliyyələşir və nəzarət
olunur. Azərbaycanda texnoloji yenidənqurmanın
yeni dalğası başlanır və bizneslə peşə
təhsili məktəblərinin əməkdaşlığını
gücləndirmək tələb olunır. Kadr hazırlığının maliyyələşdirilməsi
daha çox məqsədli səciyyə daşımağa
başlayır. Bu halda bütün dünyada olduğu
kimi müxtəlif səviyyəli peşə təhsili müəssisələri
arasındakı sərhədlər aradan qalxır: orta məktəb
(şagirdlərə istehsalat təcrübəsi keçmək
və sənət öyrənmək imkanları verilir),
peşə texniki məktəb, texniki lisey, texnikum (tətbiqi
bakalavriat), kollec və universitet. Böyük bisnes strukturlarının tərkibində
peşə məktəbləri, texnikumlar, korporativ universitetlər
və sahələr üzrə kadr hazırlığı mərkəzləri
yaradılır.
Texnopark
universitet və elmi-tədqiqat institutlarında yaradılan yeni
texnologiyaların kommersiya reallaşdırılmasını həyata
keçirən, gənc mütəxəssislər
üçün yeni iş yerləri yaradan və yerləşdiyi
şəhərin sosial-iqtisadi həyatında səmərəli
rol oynayan güclü bir qurumdur. Universitetin tədris
xidmətləri, elmi fəaliyyəti və sosial aktivliyi ilə
texnopark şirkətlərinin iqtisadiyyatı və rəqabət
qabiliyyəti vahid bir arxitektura daxilində fəaliyyət
göstərir. Vahid bir kompleksdə birləşdirilmiş
universitetin intellektual potensialı və yüksək texnoloji təyinatlı
şirkətlər texnoparkın ümumi innovasiya strukturunu
formalaşdırır.
İxtiraçıları,
avadanlığı və ekspertləri olan bir qurumda toplamaq və
onlarla ali məktəb bazasında işləmək
daha məqsədəuyğundur. Çünki ali
məktəblərdə müxtəlif sahələrdə
elmlə məşğul olan mütəxəssislər var.
İxtiraları isə müasir texnoloji durum səviyyəsində
ekspertiza etmək, standartlar üzrə konstruktiv-texnoloji sənədlərini
işləmək, istehsalın texnoloji hazırlığı
məsələlərini həll etmək və ciddi elmi əsaslandırmaq
tələb edilir. Bu halda ali məktəbin preferensiyası
ondadır ki, tələbə və professor-müəllim heyəti
ən qabaqcıl istehsal məsələlərinin həllində
iştirak edirlər, ixtiraçının xeyri başa
düşüləcəyi bir mühitdə işləməsidir,
investorunku isə hər bir ixtiraçı ilə fərdi
deyil, yüksək elmi-texnoloji potensiala malik, güclü bir
struktur daxilində işləyəcəyidir. Texnopark
dövlətə və yerləşdiyi şəhərə
də preferensiyalar gətirir. Texnopark şəhər
üçün yeni iş yerlərinin yaradılması və
yeni texnologiyaların inkişaf etdirilməsidirsə, dövlət
üçün də innovasiya əsaslı və rəqabətə
davamlı iqtisadiyyatın yaradılması vasitəsidir.
Azərbaycan
üçün kiçik istehsal biznesi vacibdir, çünki
bilavasitə o, iqtisadiyyatda stabillik yaradır və ancaq
innovasiya təyinatlı kiçik müəssisələrdə
çoxsaylı ixtisaslı iş yerləri açıla bilər.
Ölkə üçün ondan da vacib olan
iqtisadiyyatı innovasiya əsaslı inkişaf prinsiplərinə
keçirməkdir. İnnovasiya və texnopark eyni mahiyyətə malik iki
anlayışdır. İnnovasiyalar əsasında inkişaf
anlayışı ali məktəblər
üçün çox vacib əhəmiyyət
daşıyır. Çünki ali məktəblərin
əksəriyyəti müəyyən maliyyə çətinlikləri
ilə üzləşirlər. Texnopark
ideyası isə istehsalat təyinatlı elmi ideyaların
kommersiyalaşdırılması üçün geniş
imkanlar açır. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
elmi-texniki potensialının texnopark ideyası ətrafında
təşkilatlanması respublika iqtisadiyyatının
innovasiyalar və yüksək texnologiyalar əsasında
inkişafına böyük töhfələr verə bilər.
Dünya təcrübəsi göstərir ki, Azərbaycan
təhsil sisteminin modernləşdirilməsi vacibdir,
mümkündür və həmçinin ölkənin
iqtisadi inkişafının müəyyənedici amilidir. Ali təhsil müəssisələrinin
ümumavropa təhsil məkanına adaptasiya olunması, bu məkanda
yaşaması və inkişaf etməsi üçün təhsil
xidmətləri bazarının konyukturası daim izlənməli
və təhlil olunmalı, alınmış nəticələr
əsasında ali məktəbin status-kvosu
düzgün qiymətləndirilməlidir. Təhsil xidmətləri
bazarının inkişaf istiqamətlərini
proqnozlaşdırmaqla ölkədə və beynəlxalq aləmdə
baş verən dəyişikliklərdən asılı olaraq
gələcək fəaliyyəti planlaşdırmaq, qlobal
trendlər üzrə beynəlxalq əmək bazarının
tələblərini izləmək; alternativ variantlar işləmək,
alternativ düşüncə, ömür boyu təhsil, onlayn
təhsil vərdişlərinə yiyələnmək;
istehsalat-təsərrüfat fəaliyyətini nizamlamaq və
s. gələcəyə baxış konsepsiyasının hədəfləridir.
Yuxarıdakı
təhlilin nəticələrini ümumiləşdirməklə
ali və ali təhsildən sonrakı təhsildə
və elmdə gələcəyə baxış
konsepsiyasının aşağıdakı hədəflərinin
strateji əhəmiyyətini qeyd etmək olar:
- Azərbaycanda ali təhsilin keyfiyyətinin dünya təcrübəsinin
ən yaxşı nümunələrinə
uyğunlaşdırılması, universitetlərin reytinqinin
beynəlxalq səviyyədə tanınması;
- Ali təhsil
sisteminin Bolonya
prosesinin əsas parametrlərinə uyğun olaraq səmərəli və
müvəffəqiyyətli fəaliyyət göstərməsi,
universitet məzunlarının iş verənlər tərəfindən
arzu olunması;
- Ali təhsil
sisteminin bütün səviyyələrdə transparent
olması, müasir idarəetmə və maliyyələşdirmə
mexanizmlərinin tətbiq edilməsi, universitetlərin
maddi-texniki bazasının istehsalatın tələblərinə uyğun müasir
avadanlıqlarla təchiz olunması;
- Ali məktəblərin
beynəlxalq standartlar çərçivəsində müstəqil
milli institusional akkreditasiya keçməsi;
-
Universitetdaxili tədqiqat mərkəzlərində
texnologiyaların müvəffəqiyyətlə transferi
üçün mexanizmlər işlənməsi, universitetlərin
elmi nəticələrinin "Web of Ssiense" bilik
bazasında təmsil olunması;
- Ölkə
iqtisadiyyatının inkişaf bazasının yüksək,
elmtutumlu və innovasiya təyinatlı texnologiyalar əsasında
formalaşması üçün yeni nəsil ixtisaslı
mütəxəssislərin davamlı
hazırlığının təmin edilməsi;
- Fasiləsiz
olaraq yeniləşən mütərəqqi texnologiyalar axınında
işləmək bacarığına malik ixtisaslı fəhlələrin
hazırlığı və təkmilləşdirməsinin həyata
keçirilməsi, ibtidai və orta peşə-texniki təhsilin
səviyyəsinin yüksəldilməsi, hər bir texnoloji səviyyə
üçün özünəməxsus kadr
hazırlığı ardıcıllığının
formalaşdırılması: məktəb-lisey-kollec-universitet.
- Dövlət
planı üzrə mütəxəssis
hazırlığının proqnozlaşdırılma və
planlaşdırılmasının əmək bazarının
monitorinqinə və ölkənin iqtisadi inkişaf
strategiyasına əsaslanması;
- Təhsil
sisteminin maliyyələşdirilməsinin ildən-ilə
yüksəldilməsi ilə yanaşı, gənclərin ali məktəblərdə elm və tədris
prosesinə cəlb olunması ilə bağlı lazımi tədbirlərin
həyata keçirilməsi;
- Əmək
bazarında bakalavr səviyyəli mütəxəssis
hazırlığına tələbin aşağı
düşmə səbəblərinin araşdırılması
və müvafiq tədbirlərin görülməsi;
- Cəmiyyətdə
yüksək əxlaqi və mənəvi dəyərlərə
malik olan, ölkənin gələcəyi və inkişaf
yollarını proqnozlaşdıra bilən, beynəlxalq səviyyəli
və milli təəssübkeşliyə malik elitar gəncliyin
formalaşdırılması;
- Gənclərdə
ölkənin modernləşdirilmə strategiyasına zidd
davranış modellərinin genişlənməsinin
qarşısının alınması üçün
müvafiq pedaqoji və psixoloji metodologiyaların işlənməsi
və tətbiqi istiqamətində fəaliyyətın
gücləndirilməsi;
- Büdcədənkənar
vəsaitlərin cəlb edilməsi üçün sərbəstlik,
təşəbbüskarlıq və hüquqi baza çərçivəsində
maliyyə dividendləri əldə etməyə yönəldilmiş
sahibkarlıq fəaliyyətinin dəstəklənməsi.
Beləliklə,
ali təhsil sistemində yuxarıda sadalanan hədəflər
əsasında aparılacaq məqsədyönlü islahatlar
ölkənin ali təhsilinin Avropa təhsil məkanına
inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə
uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin
təmini, ölkə iqtisadiyyatının inkişaf tələblərinə
uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi,
habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan
iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr
potensialının yaradılması, əhalinin müasir tələblərə
cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi
üçün iqtisadi və sosial baxımdan səmərəli
ali təhsil sisteminin formalaşdırılması
konsepsiyasının reallaşdırılmasına gətirib
çıxaracaqdır.
Havar MƏMMƏDOV,
Azərbaycan Texniki Universitetinin
rektoru, texnika elmləri doktoru,
professor
Azərbaycan.-
2012.- 29 iyun.- S. 9.