Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası olmuşdur
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 33-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən göndərilmiş 2012-ci il 29 may tarixli 1(105)-139/2012 saylı müraciətə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Müraciətə mahiyyəti üzrə tərəflərin
iştirakı ilə Konstitusiya Məhkəməsi
Plenumunun iyulun 26-na təyin
edilmiş iclasında baxılacaqdır.
Azərbaycan.- 2012.- 29 iyun.- S. 7.