Azərbaycan Prezidenti İlham Əliyev
Gürcüstan Prezidenti
Mixeil Saakaşvili ilə
görüşmüşdür
İyunun 29-da Prezident İlham Əliyev Krans Montana Forumunda iştirak etmək üçün Bakıya gələn Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu və əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi. Dövlət başçıları Bakıda keçirilən Krans Montana Forumunun önəmini qeyd etdilər.
AzərTAc
Azərbaycan.- 2012.- 30 iyun.- S. 3.