Prezident İlham Əliyev
Monteneqro Prezidenti Filip Vuyanoviç ilə
görüşmüşdür
İyunun 29-da Prezident İlham Əliyev Krans Montana Forumunda iştirak etmək üçün Bakıya gələn Monteneqro Prezidenti Filip Vuyanoviç ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin ölkələrimizin iqtisadi inkişafına və xalqlarımızın rifahına töhfə verəcəyi qeyd olundu. Dövlət başçıları ölkələrimiz arasındakı əlaqələrin digər sahələrdə də inkişaf perspektivlərinin yüksək olduğunu bildirdilər.
AzərTAc
Azərbaycan.- 2012.- 30 iyun.- S. 3.