“Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli
fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 609; 2001, ¹ 10, maddə 640; 2003, ¹ 8, maddə 435, ¹ 10, maddə 552; 2004, ¹ 6, maddə 435; 2005, ¹ 2, maddə 64, ¹ 5, maddə 403; 2006, ¹ 7, maddə 590, ¹ 12, maddə 1034; 2007, ¹ 3, maddə 228, ¹ 6, maddə 606, ¹ 11, maddə 1110, ¹ 12, maddə 1246; 2008, ¹ 6, maddə 493; 2009, ¹ 3, maddə 163, ¹ 5, maddə 324; 2010, ¹ 7, maddə 610; 2011, ¹ 8, maddə 751) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci bənddə "209.1-ci," sözlərindən sonra "246.1-ci," sözləri əlavə edilsin;
1.2. üçüncü bənd ləğv edilsin;
1.3. aşağıdakı məzmunda on üçüncü bənd əlavə edilsin:
"həmin Məcəllənin 249.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli fərmanının 3-cü hissəsinin yeni redaksiyası ilə bağlı təkliflərini, Azərbaycan Respublikasının Mülki Məcəlləsi qəbul edildiyi tarixdən ona edilmiş dəyişikliklər nəzərə alınmaqla, iki ay müddətində hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 3 iyun.- S. 1.