Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi ilə görüşmüşdür

 

 İyunun 29-da Prezident İlham Əliyev Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizə gələn Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi ilə görüşmüşdür.

Görüşdə Birləşmiş Ərəb Əmirlikləri və Füceyra Əmirliyi ilə Azərbaycan arasında inkişaf edən əlaqələrin məmnunluq doğurduğu bildirildi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə verdiyi dəstəyin əhəmiyyəti vurğulandı. Qarşılıqlı səfərlərin mövcud əlaqələri daha da genişləndirəcəyinə əminlik ifadə edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 30 iyun.- S. 4.