Q.Ə.Əliyevə
“Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü
bəndini rəhbər tutaraq qərara
alıram:
Tikinti sahəsində səmərəli fəaliyyətinə görə Qasım Əlibəndə oğlu Əliyevə "Əməkdar mühəndis" fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 30 iyun.- S. 4.