Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
hakiminin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Vüqar Kərim oğlu Quliyev Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.
2. Bu
qərar 2012-ci il iyulun 28-dən qüvvəyə minir.
O.ƏSƏDOV,
Azərbaycan Respublikası Milli
Məclisinin Sədri
Bakı şəhəri, 29 iyun
2012-ci il
Azərbaycan.- 2012.- 30 iyun.- S. 6.