Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı və 97-ci  maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1. Aşağıdakı şəxslər Şirvan Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Allahverdiyev Məhərrəm Ələkbər oğlu,

 

Camalov Etibar Əli oğlu,

 

Heydərov Tofiq Xudayar oğlu,

 

Mirzəyev Nüsrət Fətulla oğlu.

 

2. Qəzənfər Babaxan oğlu Kərimov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

 

 3. Bu qərar 2012-ci il iyulun 28-dən qüvvəyə minir.

 

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 29 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 30 iyun.- S. 6.