“Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli
sərəncamı ilə təsdiq edilmiş
“2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf
Dövlət Proqramı»nın həyata keçirilməsi
üzrə Tədbirlər Planının (2011-2015-ci illər)” təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 28 iyun tarixli 1578 nömrəli sərəncamında
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 554) ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramına" 3 nömrəli əlavə - "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər)" aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2.3.17-ci və 3.1.2.1-ci yarımbəndlərin "İcraçı təşkilatlar" sütununda "TN" abreviaturasından sonra ", YİH" abreviaturası əlavə edilsin.
2. 3.1.1.5.5-ci yarımbəndin "İcraçı təşkilatlar" sütununda "TN" abreviaturası "YİH" abreviaturası ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 3 iyun.- S. 1.