Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin
edilməsi haqqında
Azərbaycan Respublikası Milli
Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin
10-cu bəndinə, 132-ci maddəsinin
II hissəsinə, "Məhkəmələr
və hakimlər haqqında" Azərbaycan
Respublikası Qanununun
94-cü maddəsinin ikinci
hissəsinə və
96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1. Aşağıdakı şəxslər Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Bədəlov Kəmaləddin Nurəddin oğlu,
Əliyev Toğrul Məhəmməd oğlu,
Hüseynov İlqar Kamil oğlu,
Xəlilov İsmayıl Kamil oğlu,
Qurbanov Raqib Əliddin oğlu,
Məmmədov Vidadi Məmməd oğlu,
Mustafayev Nurəddin Yusif oğlu,
Vəliyeva Elşanə Rafiq qızı,
Yusifov Cahangir Afər oğlu.
2. Bu qərar 2012-ci il iyulun 28-dən qüvvəyə minir.
O.ƏSƏDOV,
Azərbaycan Respublikası Milli
Məclisinin Sədri
Bakı şəhəri, 29 iyun
2012-ci il
Azərbaycan.- 2012.- 30 iyun.- S. 6.