“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr
üzrə işçi qruplarının
rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli
Məclisinin Qərarına dəyişiklik və əlavə
edilməsi haqqında
Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan
Respublikasının Milli Məclisi parlamentlərarası əlaqələrin
daha da inkişaf etdirilməsi məqsədi ilə qərara
alır:
"Azərbaycan
Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr
üzrə işçi qruplarının rəhbərlərinin
seçilməsi haqqında" Azərbaycan Respublikası
Milli Məclisinin Qərarına aşağıdakı dəyişiklik
və əlavə edilsin:
1. Qərarın
37-ci bəndi aşağıdakı redaksiyada verilsin:
Azərbaycan
- Koreya parlamentlərarası əlaqələr üzrə
işçi qrupu:
Həsənov
Malik Əvəz oğlu
2. Qərarın
37-75-ci bəndləri müvafiq olaraq 38-76-cı bəndlər
hesab edilsin və qərara aşağıdakı məzmunda
37-ci bənd əlavə edilsin:
Azərbaycan
- Kolumbiya parlamentlərarası əlaqələr üzrə
işçi qrupu:
Fətiyev
Xanlar Nuru oğlu
O.ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin
Sədri
Bakı şəhəri, 29 iyun
2012-ci il
Azərbaycan.- 2012.- 30 iyun.- S. 6.