Azərbaycanın
birinci xanımı Keniya Baş nazirinin xanımı ilə
görüşmüşdür
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iyunun 29-da Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Keniyanın Baş nazirinin xanımı İda Odinqa ilə görüşmüşdür.
Keniya Baş nazirinin xanımını Azərbaycanda görməkdən məmnunluğunu bildirən Mehriban xanım Əliyeva qonağa Krans Montana Forumundakı çıxışında ölkəsində qadın hüquqları ilə bağlı verdiyi maraqlı məlumatlara görə təşəkkürünü çatdırdı. Azərbaycanın birinci xanımı İda Odinqanı Keniya Baş naziri ilə birlikdə ölkəmizə səfərə dəvət etdi.
Krans Montana Forumunda iştirak üçün dəvətə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən xanım İda Odinqa Azərbaycanın çox maraqlı ölkə olduğunu vurğuladı. O, gələcəkdə də Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu söylədi.
AzərTAc
Azərbaycan.- 2012.- 30 iyun.- S. 6.