Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007 ci il 26 dekabr tarixli 689 nömrəli fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alıram:

 

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 689 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 12, maddə 1239) 2.2-ci bəndi ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 3 iyun.- S. 1.