Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanması üzrə AMEA-nın İşçi qrupunun növbəti iclası keçirilmişdir

 

İyunun 29-da ölkə Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" imzaladığı 2012-ci il 23 may tarixli sərəncamının icrasını həyata keçirmək məqsədilə yaradılan İşçi qrupunun Humanitar və İctimai Elmlər Bölməsinin üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri və AMEA-nın mətbuat xidmətinin iştirakı ilə növbəti iclası keçirilmişdir.

İşçi qrupuna AMEA-nın Dilçilik İnstitutunun, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin mütəxəssisləri, AMEA-nın Naxçıvan Bölməsi və Gəncə Regional Elmi Mərkəzinin üzvləri, əlaqədar qurumların - Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Milli Televiziya və Radio Şurası, Yazıçılar Birliyi, Mətbuat Şurasının, AMEA Prezidentinin  nümayəndələri daxildir.

Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin sədrliyi ilə keçirilən iclasda İşçi qrupunun üzvləri akademik Ağamusa Axundov, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, filologiya elmlər doktorları Yusif Seyidov, Fəxrəddin Veysəlli, Nizami Xudiyev, Məsud Mahmudov, Azad Məmmədov, Sevinc Məhərrəmova, Sayalı Sadıqova, Məhəbbət Mirzəliyeva, Bilal İsmayılov,  Qalina Udalıx, habelə Gülnarə Nəbiyeva, Əfruz Qurbanova, Gültəkin Hüseynova, Ənvər Abbasov, Fidumə Hüseynova, Mübariz Quliyev, Tehran Vəliyev, Faiq Qurbanov, Əbülfət Abdullayev, Əflatun Amaşov, Qafar Cəbiyev, Arif Əmrahoğlu, Fazil Talıbov, filologiya üzrə fəlsəfə doktoru Gülarə Əmirova  iştirak etmişlər. İclasda eləcə də AMEA-nın müxbir üzvləri Zemfira Səfərova, İlyas Babayev, Akif Musayev, Səlahəddin Xəlilov, fəlsəfə elmlər doktoru İlham Məmmədzadə, filologiya elmlər doktoru Gövhər Baxşəliyeva, sənətşünaslıq elmlər doktoru Ərtəgin Salamzadə, filologiya üzrə fəlsəfə doktorları Paşa Kərimov, Oruc Əliyev, Alik Əliyev, Afaq Əsədova iştirak etmişlər.

 K.Abdullayev iclasın gündəliyində bir məsələnin  - "Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"   haqqında imzaladığı sərəncamın icrası ilə əlaqədar yaradılmış İşçi Qrupun üzvlərinin təkliflərinin müzakirəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

İşçi qrupunun üzvləri tərəfindən Bölməyə daxil olan təkliflər müzakirə edilmiş və Dövlət Proqramının hazırlanması üzrə gələcək iş istiqamətləri müəyyənləşdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 30 iyun.- S. 8.