“Azərbaycan Respublikası
hökuməti və Xorvatiya
Respublikası hökuməti arasında diplomatik
və xidməti pasportlara malik
şəxslərin viza tələbindən
azad edilməsi haqqında” sazişin təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası hökuməti və Xorvatiya Respublikası
hökuməti arasında diplomatik və xidməti pasportlara
malik şəxslərin viza tələbindən azad edilməsi
haqqında" 2012-ci il martın 12-də Bakı şəhərində
imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2012-ci il
Azərbaycan.- 2012.- 3 iyun.- S. 1.