Varşava Universitetində Azərbaycan-Polşa münasibətləri: tarixmüasir dövr mövzusunda elmi konfrans keçirilmişdir

 

Varşava Universitetində Azərbaycanın Polşadakı səfirliyi, Polşanın Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə Azərbaycan-Polşa diplomatik münasibətlərinin qurulmasının 540 və bərpasının 20 illiyinə həsr olunmuş "Azərbaycan-Polşa münasibətləri: tarixmüasir dövr" mövzusunda elmi konfrans keçirilmişdir.

Azərbaycanın Polşadakı səfirliyindən bildirmişlər ki,  konfransda Polşa Respublikasının Diplomatik Protokolunun sədri Kşiştof Krayevski, Xarici İşlər Nazirliyi Şərq departamentinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionları üzrə rəhbəri Tomaş Orlovski, təhsil nazirinin müavini Miroslav Şelatıski, Nazirlər Kabineti sədrinin mətbuat katibi Miroslava Biesaqa, ətraf mühit nazirinin müavini Piotr Vojnyak, ölkə Seyminin deputatı Malqojata Qoşevska, A.Mitskeviç İnstitutunun direktoru Pavel Potoroçın, Elmlər Akademiyasının siyasi elmlər komitəsinin üzvü, görkəmli azərbaycanşünas alim Andjey Xodubski, SAM-ın məsul əməkdaşları, Polşa ziyalıları, universitetlərin müəllim və tələbə heyəti və başqaları iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutunun prezidenti Mateuş Komrovski tədbirin məqsədləri haqqında məlumat vermişdir. Bildirmişdir ki, konfransın əsas məqsədi Polşa ictimaiyyətinə Azərbaycan, Azərbaycan-Polşa münasibətlərinin tariximüasir inkişaf səviyyəsi haqqında geniş məlumat verməkdir.

Tədbirdə Polşa Respublikasının  Prezidenti Administrasiyasının rəhbəri Yatsek Mixalovskinin konfrans iştirakçılarına təbrik məktubu oxunmuşdur.

Konfransda çıxış edən səfir Həsən Həsənov Varşava Universitetində Azərbaycan-Polşa münasibətlərinə həsr olunmuş konfransın təşkilindən məmnunluğunu bildirmişdir. Diplomat Azərbaycan-Polşa münasibətlərinin 540 illik tarixi, polyakların Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğunda, elmində, təhsilində, neft sənayesində və memarlığında gördükləri işlər, son 20 ildə müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkələr arasında olan ikitərəfli münasibətlər barədə geniş məlumat vermişdir.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasətin analizi departamentinin sədri Rövşən İbrahimov "Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu" və SAM-ın  iqtisadi analizlər və beynəlxalq əlaqələr departamentinin baş əməkdaşı Vüsal Qasımlı isə "Azərbaycan-Polşa iqtisadi əməkdaşlığı" mövzusunda məruzələrlə çıxış etmişlər.

Polşa XİN-in Şərq departamentinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionları üzrə sədri Tomaş Orlovski "Polşa Respublikasının xarici siyasətində Azərbaycanın rolu" mövzusunda məruzəsində iki dost ölkənin siyasiiqtisadi əlaqələri, Azərbaycanın Avropa İttifaqı ilə inteqrasiyası və digər aktual məsələlər barədə məlumat vermişdi. Bundan əlavə, professor Andjey Xodubski, Pşemıslav Adamçevski, Varşava Universitetinin Şərqi Avropa İnstitutunun əməkdaşı Aleksandra Qrijlak, Qdansk şəhərində Polşa-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Kərim Hacıyev, Varşava şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Şəhla Kazımova, Polşada Qafqaz Evi Cəmiyyətinin sədri Hicran Əliyeva-Ştraux, Polşa Elmlər Akademiyasının Okeanologiya İnstitutunun professoru Zıqmund Klusek, Varşava Universitetinin Şərqi araşdırmalar bölməsinin əməkdaşı Natalia Konajevska, Varşava Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun əməkdaşı Maçey Raş, Qdansk Universitetinin Geosiyasi Araşdırmalar üzrə Avropa Mərkəzinin əməkdaşı Pşemıslav Şeradzenhüquqşünas Piotr Şelaqın çıxışları da maraqla qarşılanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 30 iyun.- S. 9.