Konfrans başa
çatmışdır
Bakıda Azərbaycan Kooperasiya Universitetinin (AKU) təşkilatçılığı ilə keçirilən "Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsi" mövzusunda Beynəlxalq konfrans başa çatmışdır. Ölkənin müxtəlif təşkilat və qurumlarında konfrans iştirakçıları ilə görüşlər keçirilmişdir.
Konfrans çərçivəsində İsgəndəriyyə Kitabxanasının Himayədarlar Şurasının üzvü, səfir Valter Püst AKU-da olmuşdur.
Görüş zamanı bu ali təhsil müəssisəsinin rektoru, Milli Məclisin deputatı Eldar Quliyev səfirə universitetin fəxri doktoru diplomunu təqdim etmişdir.
Valter Püst Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələri Prezident İlham Əliyevin misilsiz xidmətlərinin nəticəsi kimi qiymətləndirmişdir. Səfir vurğulamışdır ki, təmsil etdiyi təşkilat ilə Azərbaycan arasında 15 illik əlaqə mövcuddur. V.Püst bu dövr ərzində ölkənin müharibə şəraitində və 1 milyondan çox qaçqının olmasına baxmayaraq, Azərbaycanın sürətli inkişafının şahidi olduğunu qeyd etmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 30 iyun.- S. 9.