Azərbaycanın güclü iqtisadi potensialı daha geniş əməkdaşlıq etmək üçün böyük imkanlar yaradır

 

 Azərbaycanın iqtisadi potensialı daha geniş əməkdaşlıq etmək üçün böyük imkanlar yaradır.

Bu sözləri AzərTAc-a müsahibəsində üçüncü Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edən Rusiya Federasiyası Dağıstan Respublikasının iqtisadiyyat naziri Marat İlyasov demişdir.

M.İlyasov bildirmişdir ki, ötən il Azərbaycan və Dağıstan  nümayəndələrinin qarşılıqlı səfərləri olmuşdurbu səfərlər öz müsbət nəticələrini verməkdədir. Artıq Dağıstanın adamları Azərbaycanda biznes qurmaq planlarını təqdim ediblər.

Azərbaycanın regionları da iqtisadi-sosial cəhətdən sürətlə inkişaf etməkdədir. Qəbələ müasir Avropa şəhərlərini xatırladır. Buradakı hava limanı böyük imkanlara malikdir. Mən təklif edirəm ki, Qəbələ-Dərbənd, Qəbələ-Mahaçqala, Qəbələ-Mineralnıye Vodı aviareysləri açılsın. Bu reyslər regional turizmin inkişafına və iqtisadi əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir.

Azərbaycanlı həmkarlarımızla rəsmi səviyyədə qarşılıqlı ünsiyyət həm də səmimi şəxsi əlaqələrin yaranmasına səbəb olur. Bu, təsadüfi xarakter daşımır. Dağıstan və Azərbaycan xalqları çox yaxındırlar, uzun zaman ərzində böyük bir dövlətin tərkibində yaşamış və yaxşı əlaqələrin qurulmasına nail olmuşuq. Xalqlarımızın adət-ənənələri, etiqadları eynidir. Bütün bunlar daha sıx əməkdaşlıq üçün yaxşı təməldir və bundan səmərəli istifadə etmək lazımdır.

Yaxşı iqtisadi əlaqələrimiz vardır. Lakın bu, regional nazir kimi məni qane etmir. Biz daha sıx və daha səmərəli əlaqələr qurub bütün sahələrdə əməkdaşlıq edə bilərik. Ən başlıcası isə odur ki, bunun üçün tərəflərin siyasi iradəsi vardır.

Bu cür tədbirlərin davamının nəticəsi olaraq yaxın illərdə ticarət dövriyyəsinin artmasına və digər sahələrdə əməkdaşlığın möhkəmlənməsinə nail olacağıq.

 

 

Azərbaycan.- 2012.- 30 iyun.- S. 9.