Azərbaycan Avrasiya məkanında mühüm
strateji mövqeyə malik
olan bir dövlətdir
və regiondakı ölkələrlə yaxından əməkdaşlıq
edir
Azərbaycan neft və qaz gəlirlərindən çox səmərəli istifadə edərək dünyaya sürətlə inteqrasiya edir və onun region dövlətləri arasında mühüm yeri vardır.
AzərTAc xəbər verir ki, bu sözləri Bakıda keçirilən üçüncü Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edən M.V. Lomonosov adına Moskva Dövlət Universiteti tarix fakültəsinin dekan müavini, "Şimal-Cənub" Politoloji Mərkəzin icraçı direktoru, tanınmış politoloq Aleksey Vlasov demişdir.
A.Vlasov bildirmişdir ki, Azərbaycan Avrasiya məkanında mühüm strateji mövqeyə malik olan bir dövlətdir və regiondakı digər ölkələrlə yaxından əməkdaşlıq edir.
Rusiya-Azərbaycan münasibətlərinə toxunan politoloq vurğulamışdır ki, hər iki dövləti dərin tarixi-siyasi tellər bir-birinə bağlayır. Bütün sahələrdə geniş əməkdaşlıq əlaqələri vardır.
Bir çoxları Rusiyanın Avrasiya iqtisadi məkanının yaradılması təklifini düzgün başa düşməyərək, bu layihəni Sovet İttifaqının bərpasına cəhd kimi qiymətləndirirlər. Lakin əsl həqiqətdə bu, belə deyildir. Rusiya hər zaman Azərbaycana müstəqil dövlət kimi yanaşdığını nümayiş etdirmişdir. Avrasiya iqtisadi məkanının yaradılması təklifi isə iqtisadi inteqrasiya proseslərini sürətləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirmək üçün irəli sürülmüşdür.
Azərbaycan böyük iqtisadi potensiala malikdir. Ona görə də bir çox dövlətlər rəsmi
Bakı ilə əməkdaşlığa can atırlar. Düşünürəm ki, gələcəkdə
də Azərbaycan ilə Rusiyanın əməkdaşlığı mövcud səviyyədən
daha da yüksəyə
qalxaraq inkişaf edəcəkdir. Hər iki
ölkə zəngin neft və qaz
yataqlarına malikdir ki, bu da
perspektivdəki əməkdaşlıq
planlarının problemsiz
həyata keçəcəyini
deməyə əsas verir.
Azərbaycan.- 2012.- 30 iyun.- S. 9.