“012- Bakı
Public Art Festivalı” çərçivəsində
rəssam Mahmud Rüstəmovun
“Alternativ” əsəri
təqdim edilmişdir
İyunun 29-da Azərbaycan incəsənətinin inkişafı
və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya
təşkilatının birinci
"012 - Bakı Public Art Festivalı"
çərçivəsində rəssam Mahmud Rüstəmovun
"Alternativ" əsəri
təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, təqdim olunan heykəl kompozisiyası öz sürreal icrasına uyğun olaraq Bakı şəhəri və Qız qalası ilə bağlı olaraq rəmzi məna daşıyır.
M.Rüstəmovun fikrincə, toyuq
və burun hissələrindən ibarət
hibrid animalistik fiqur aşağıdakıların
rəmzidir: dünyada
qida məhsulu kimi geniş istifadə olunan toyuq açıqlığı,
universallığı və
transmilliliyi təcəssüm
etdirir. Müəllif, bu rəmzi
öz çox mədəniyyətli və
transmilli xarakteri ilə fərqlənən
sakinləri, açıqlığı
və universallığı
ilə məşhur olan Bakı ilə əlaqələndirmişdir.
Başı ilə qabağa istiqamətlənən burun
sürətlə inkişaf
edən və mürəkkəb infrastrukturlu
şəhərə çevrilən
Bakının rəmzidir. M.Rüstəmovun fikrincə, texnoloji tərəqqi ilə bağlı gələcəyə
yönəm, şəhərin
öz mənəvi köklərinin və milli xüsusiyyətlərinin
itirilməsinə gətirməməlidir.
Heykəltəraşlıq kompozisiyasına daxil
olan və qədimdən Azərbaycan
mədəniyyətinin mənəvi
rəmzi kimi qəbul olunan nar meyvəsi isə mənəvi köklərin Yer kürəsi ilə əlaqəsinin rəmzidir.
Beləliklə, ilk animalistik fiqur, Bakının və onun inkişaf dinamikasının rəmzidir. Bu obyekt inkişafın sosial-mədəni reallığına
uyğun olaraq
horizontal istiqamətdə təqdim
olunmuşdur.
İnsan və ya insan
törəməsi olan
ikinci heykəl isə başqa planetdən gələnləri
simvolizə edir. Toyuq və
burundan fərqli olaraq onun şaquli
istiqamətdə təqdim
olunması obyekti Göy və Yerlə əlaqələndirir.
Bu isə layihənin
ən mühüm aspektlərindəndir. Heykəl Qız
qalasının yanında
yerləşir və bəzi fərziyyələrə
əsasən, öz memarlıq xüsusiyyətləri
ilə kosmik, "digər planetlər ilə əlaqəli" sirləri özündə
əks etdirir.
Humanoid fiquru Qız qalasının və Bakı şəhərinin
ülvi mənşəyinin
rəmzi ola
bilər. Bu, inanılmaz
səslənsə də,
bədii əsərin
məntiqi konsepsiyasına
görə belə bir ideyanın mövcudluq hüququ vardır. Humanoidin əlindəki "pərlər" isə Bakının küləklər
şəhəri olduğunu
təcəssüm etdirir.
Tarixə nəzər salsaq görərik ki, Qız qalasının inşa olunduğu tarix məlum deyildir. Bəzi fərziyyələrə görə, abidə XII əsrdə tikilmişdir.
Qalanın yuxarı hissəsinin
çöl tərəfində
yerləşən yazılı
lövhənin yaşı
bundan xəbər verir. Qədim kufi xətti
ilə cızılmış
"Məsud İbn Davud qübbəsi" yazısında inşaatçının
adı əks olunmuşdur. Qüllə iki
mərhələdə tikilmişdir.
Ehtimal edildiyi kimi, birinci mərhələ islamaqədərki, yazı
isə daha sonrakı dövrə, XII
əsrə aiddir.
Qüllənin inşa edildiyi
əhəng məhlulunu
və daşın rəngini öyrəndikdən
sonra alimlər belə qənaətə gəlmişlər ki, o, eramızdan əvvəl I əsrdən tez olmayaraq (bu məhlulla
inşa edilən ən qədim bina Qəbələdə
aşkar edilmiş və eyni dövrə
aiddir), lakin eramızın X əsrindən
gec olmayaraq inşa edilmişdir, çünki qüllənin
inşa edildiyi daşlar Məhəmməd
Məscidinin daşları
ilə eynidir.
M.Rüstəmov Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
və Dövlət Rəssamlıq Akademiyasında
heykəltəraşlıq ixtisası üzrə təhsil almışdır. Onun əsərləri
Avropada şəxsi kolleksiyalarda, həmçinin
Azərbaycan Milli İncəsənət Muzeyində
saxlanılır.
"012- Bakı Public Art Festivalı"nda həm tanınmış, həm
də yeni fəaliyyətə başlayan
21 rəssam iştirak
edir. Layihə sentyabrın 1-dək davam edəcəkdir.
Azərbaycan.- 2012.- 30 iyun.- S. 10.