Azərbaycan Respublikası hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişin təsdiq edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci  maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

 

"Azərbaycan Respublikası hökuməti və Albaniya  Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" 2012-ci il fevralın 9-da Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 3 iyun.- S. 1.