Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Cənab Prezident!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Sizin ali dövləti vəzifədə çoxşaxəli fəaliyyətiniz bundan sonra da ölkənizin müstəqilliyinin möhkəmlənməsinə və firavanlığına, beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə xidmət edəcəkdir.
Ürəkdən inanıram ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahı naminə möhkəmlənəcək və inkişaf edəcəkdir.
Hörmətli cənab Prezident, icazə verin, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyim.
Hörmətlə,
Nikolaye TİMOFTİ,
Moldova Respublikasının Prezidenti
Azərbaycan.- 2012.- 3 iyun.- S. 2.