Azərbaycanın
BMT-nin Təhlükəsizlik Şurasındakı sədrliyi
başa çatmışdır
İyunun 1-də Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasındakı sədrliyi başa çatmışdır.
AzərTAc xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev qurumdakı sədrliyi Çinin daimi nümayəndəsi Li Baodonqa təhvil vermişdir.
L.Baodonq BMT Təhlükəsizlik Şurasında sədrlik dövründə Çinin prioritetlərini açıqlayaraq demişdir ki, ölkəsi beynəlxalq sülhün dəstəklənməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəkdir. Bundan əlavə, Şura tərəfindən 30-dək məsələ, o cümlədən Suriya, Sudan, Cənubi Sudan və Yaxın Şərqdəki vəziyyət ilə bağlı müzakirələr aparılacaq, qərarlar qəbul ediləcəkdir.
BMT-nin Nizamnaməsinə əsasən, BMT-nin Təhlükəsizlik Şurası dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün məsuliyyət daşıyır. Şura beş daimi üzvdən (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) ibarətdir. Digər 10 müvəqqəti üzv isə BMT-nin Baş Məclisi tərəfindən iki il müddətinə seçilir.
Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik
Şurasında 2013-cü ilin sentyabrında sədrlik edəcəkdir.
Azərbaycan.- 2012.- 3 iyun.- S. 2.