Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir

 

Avropa Parlamentinin bu il mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiyahüququn aliliyinin pozulmasına dair" qətnaməsinə həm ölkə ictimaiyyətinin, həm də siyasi dairələrin narazılığı davam etməkdədir. Məlum qətnaməyə etiraz edən Milli Məclis və ictimaiyyət hesab edir ki, bu, antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı apardığı məkrli siyasətin tərkib hissəsidir. Azərbaycanda insan haqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində kifayət qədər addımların atılmasına baxmayaraq, təəssüf ki, bəzi beynəlxalq qurumlar bu məsələdə Azərbaycana qarşı ikili standartlardan çıxış edirlər. Bəzən xarici təşkilatların hesabatlarında Azərbaycan insan hüquq və azadlıqlarının qorunması sahəsində nöqsanlar olan dövlətlər sırasında göstərilir. Əslində isə hökumət mütəmadi olaraq ölkədə insan hüquqlarının qorunması ilə bağlı vəziyyətə xüsusi nəzarət edirbu sahədə beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq proqramı həyata keçirir. İnsan hüquqlarının qorunması, söz və mətbuat azadlığının təmin olunması Azərbaycanda  dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi bəyan edilib.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə də hesab edir ki, Avropa Parlamentinin qəbul etdyi məlum qətnamənin özü qeyri-demokratikdir. Çünki qurumun üzvlərinin cəmi 4 faizi bu qətnaməyə səs verib. Dünyanın heç bir yerində 4 faizin toplumun adından danışmaq hüququ yoxdur: "Amma qəbul edilmiş bu prosedur imkan verir ki, kiçik bir qrup böyük bir nüfuzlu təşkilatın adından danışsın. Hesab edirəm ki, ilk növbədə Avropa Parlamenti özü demokratikləşməli, dünyaya çoxluğun fikrinin əsas olduğunu nümayiş etdirməlidir. Avropa Parlamenti hətta bu formatda belə qeyri-obyektiv olduğunu ortaya qoydu. Heç bir araşdırma aparmadan, Azərbaycandan məlumat almadan yalan iddia irəli sürmək demokratiyaya ziddir". Aydın Mirzəzadənin sözlərinə görə, bəzi strukturlar yaydıqları yalan məlumatlara, əsassız iddialara görə qarşı tərəfdən üzr istəyirlər və Avropa Parlamenti də buraxdığı böyük qüsura görə, rəsmi Azərbaycandan üzr istəsə, onun obyektiv fəaliyyət göstərdiyi hər kəsə bəlli olar.

Deputat hesab edir ki, Azərbaycanda insan haqlarına dair qeyri-obyektiv məlumatın qətnamədə əks olunması antiazərbaycançı qüvvələrin sifarişidir: "Avropa Parlamentinin qəbul etdiyi bu qərəzli qətnamə Azərbaycanda demokratik dəyərlərin inkişafına və zənginləşdirilməsinin qarşısının alınmasına yönəlmiş bir addımdır. Çünki ölkəmizdə insan haqları ilə bağlı mövcud olan durum göz qabağındadır. Müxalifət həm Milli Məclisdə, həm də öz qəzetlərində istənilən formada hakimiyyəti haqsız tənqid edir. Ölkəmizdə müxalifət partiyalarının və kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış imkanlar Avropa ölkələrindən heçgeri qalmır. Dövlət qeyri-hökumət təşkilatlarına milyonlarla vəsait ayırır. Onların arasında hökumətin əleyhinə olan qurumlar da var. Belə olan halda sürətlə Avropaya inteqrasiya edən bir ölkəyə qarşı belə bir qətnamənin qəbul olunmasına yalnız bir ad vermək mümkündür. Bu, Azərbaycanın apardığı müstəqil siyasətə və uğurlu inkişafına qarşı olan qısqanclıqdır. Hətta vəziyyət o yerə çatıb ki, Avropa Parlamentində olan fraksiyalardan biri buna etiraz edəndə onlara deyiblər ki, biz hamımız həmrəy olmalıyıq. Bu isə demokratiya prinsipinə ziddir. Belə çıxır ki, bu gün Avropa Parlamentinin özünün məsləhətlərə böyük ehtiyacı var. Görünür, qısqanclıq hissi get-gedə artır. 754 deputatdan cəmi 49-nun qərəzli qətnaməyə səs verməsi göstərir ki, Avropa Parlamentinin mütləq əksəriyyəti Azərbaycana qarşı xoş münasibətdədir".

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin digər üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə deyir ki, Avropa Parlamentinin 49 deputatının səs verməsi nəticəsində qəbul olunan qərəzli qətnamə yalnız təəssüf doğura bilər. Çünki bir tərfədən Avropa Parlamenti ilə Azərbaycan arasında olan əməkdaşlıq genişlənməkdədir, digər tərəfdən isə bu qurumun çox az təmsilçisi münasibətlərin gərginləşməsinə çalışır: "Araşdırmalar göstərir ki, həmin qətnaməyə səs verən şəxslər hər zaman Azərbaycanın əleyhinə olublaronlar erməni lobbisinin təsiri altındadırlar. Qətnamədə insan haqları ilə bağlı göstərilən fikirlər hədsiz dərəcədə qeyri-obyektivliyi özündə ehtiva edir. Elə bir ölkə yoxdur ki, orada insan haqları ilə bağlı hər hansısa bir problem olmasın. Azərbaycan isə müstəqilliyinin 20-ci ilini qeyd edir. Həmin qüvvələrə bəllidir ki, 2011-ci ildə Azərbaycan Prezidenti ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda demokratiyainsan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olanhüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən ölkəmizin insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin yüksəlməsi, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının genişlənməsi üçün ciddi səylər göstərdiyi vurğulanır. Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilib. Ölkəmizin müasir inkişaf dövründə hüquqi dövlət quruculuğuinsan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub".

F.Ağamalının sözlərinə görə, Avropa Parlamentinə üzv olan dövlətlərin böyük əksəriyyəti  Azərbaycanla münasibətlərin gərginləşməsini arzulamır. Bu səbəbdən də adıçəkilən qurum münasibətlərin bundan sonra yaxşılaşmağa doğru getməsi üçün Azərbaycanla bağlı başqa bir formada özünün növbəti obyektiv qətnaməsini qəbul etməklə konkret addımlar ata bilər.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 3 iyun.- S. 3.