Azərbaycan Prezidenti İlham Əliyev
Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi
sədrinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkələrimiz
arasında dostluq münasibətlərinin
müxtəlif istiqamətlərdə, o
cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi bildirildi, Pakistan İslam
Respublikasının Birləşmiş Qərargah Rəisləri
Komitəsinin sədri Xalid Şamim
Vaynın Azərbaycana səfərinin ölkələrimizin
müvafiq qurumları arasında əməkdaşlığın
daha da genişləndirilməsi
işinə xidmət edəcəyinə əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.- 2012.-
1 mart.- S. 1.