Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyənin TRT televiziya
kanalının Bakı təmsilçisi Yüksel
Degercana müsahibə vermişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da Türkiyənin TRT televiziya kanalının Bakı təmsilçisi Yüksel Degercana müsahibə vermişdir.
Dövlətimizin başçısı Fransa Konstitusiya Şurasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğvi ilə bağlı qərarı, Türkiyə-Azərbaycan dostluq münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması və enerji sahəsində əməkdaşlıqla bağlı suallara cavab vermişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 1 mart.- S. 1.